Kamran Vəliyev: Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs öyrənilməlidir

Kamran Vəliyev: Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs öyrənilməlidir



Kamran Vəliyev - Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi. Ulu Öndər Heydər Əliyevin siyasi xarizması qısa zamanda möhkəm dövlətçiliyin əsasını qoymaqla həm də ölkəmizi xarici qüvvələrin mübarizə poliqonundan xilas etdi.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ümummilli Lider Heydər Əliyev elə həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Bu dahi şəxsiyyətin həyat və fəaliyətini öyrənmək, onun gördüyü işlərin başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü bir tarix məktəbini bitirməkdir.

Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu.

2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu fikirlər öz tarixi təsdiqini tapdı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu ölkəmizin tələbləri ilə razılaşmayan Ermənistanı diz çökdürdü. Məhz bu addımların nəticəsi olaraq Ulu Öndərin əbədiyyətə qovuşmasından 17 il sonra Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanmağa başladı.

Heydər Əliyevin dövlətçilik tariximizdə qoyub getdiyi irs bu gün də, sabah da öyrənilməlidir. Çünki bu irs o qədər zəngindir ki, onu araşdırmaq və lazımi səviyyədə öyrənmək üçün illər tələb olunur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər