Akif Süleymanov: Xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ad günüdür

Akif Süleymanov: Xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ad günüdür









Məlum olduğu kimi, bu gün görkəmli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür

Azərbaycan xalqı ilə yanaşı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. Ulu öndər Heydər Əliyevin 93 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd olunur.
Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün - Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, ölkəmizi sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi münasibətilə silsilə təbirlər keçirilir, bu dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri də ümummilli lider Heydər Əliyevin yubileyi münasibətilə geniş tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, xalqımız qarşısındakı xidmətlərini geniş təbliğ edirlər. Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb.

Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrinə rast gəlmək olar. Burada Azərbaycanın bütün guşələrindən gələn insanlar, xarici ölkələrdən olan qonaqlar da var.Fəxri xiyabana gələnlər arasında gənclər üstünlük təşkil edirlər. Bu da təsadüfi deyil. Xalqımızın ümummilli lideri Heydər Əliyev savadlı, bacarıqlı, vətənpərvər gənclərə daim qayğı ilə yanaşır, onlara böyük etimad göstərirdi. Onun gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğı yaddaşlardan silinməyib və bu gün də ehtiramla xatırlanır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildirirlər.

Milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır. Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər