Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi


Şəhid Nürəddin Məstəliyevin anım mərasimi keçirilib

Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Məstəliyev Nürəddin Hasil oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Nürəddin Məstəliyevin il mərasimi keçirilib. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştrak edən 180 saylı orta məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilib, sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhidlərin ruhlarına dualar oxunmuşdur. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdiSüleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi
Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatanda səyyar qəbul keçirib

Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbə sakinləri ilə səyyar görüş keçirmişdir.
Qəbulda Lökbatan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 150-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.
Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdiSüleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdiSüleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi
Süleyman Mikayılov: Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov - Son iki ilin əsas mövzusu tarixi Zəfərimiz, Azərbaycanın yaratdığı yeni reallıqlar, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar, ən əsası işğaldan azad edilmiş ərazilərimizdə uğurla həyata keçirilən Böyük Qayıdış proqramıdır. Noyabrın 8-də Şuşada keçirilən Zəfər Günündə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışında bir daha Zəfərimizə gedən yoldan geniş bəhs edərək bu reallığı diqqətə çatdırdı ki, biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.

Cənab İlham Əliyev çıxışında müharibəyə gedən yolun istiqamətlərindən danışdı.

Təbii ki, ilk növbədə, ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün güclü iqtisadiyyatın olması vacib amil idi. Azərbaycan iqtisadiyyatını gücləndirdi, həyata keçirdiyi iqtisadi islahatlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir və ölkəmizin ön yerlərdə dayanmasını şərtləndirir. Belə ki, Azərbaycan Dünya Bankının hesabatında ən islahatçı 10 olkə arasında qərarlaşıb. Azərbaycanın neft-qaz gəlirlərindən səmərəli istifadəsi son 19 ildə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiaqamətində atılan addımların davamlılığını təmin etdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya prioritet vəzifə kimi qoyulub. Bu illər ərzində Regional inkişaf proqramlarının uğurlu icrası həm bölgələrin simasını tamamilə dəyişib, həm də onların malik olduqları potensialdan səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açıb. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan dünya hərb tarixində belə bir ilkə imza atdı ki, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. İşğaldan azad edilən torpaqlarımızda görülən bütün bu işlərin maliyyə mənbəyi Azərbaycan büdcəsidir.

“Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək” söyləyən dövlət başçısı İlham Əliyev iqtisadi inkişafımızın bütün sahələrdə uğurlu addımlar atmaqda əsas olduğunu diqqətə çatdırdı. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Silahlı Qüvvlərimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əəməliyyatında gücünü və qüdrətini dünyaya nümayiş etdirmişdi.

Azərbaycan bu illər ərzində Ermənistanın işğalçılıq siyasətinin ifşası istiqamətində düşünülmüş siyasət həyata keçirdi. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ermənistanın nəzarətində olan beynəlxalq media resursları, onların xaricdəki havadarları, erməni lobbisi belə bir rəy yaratmışdılar ki, sanki Azərbaycan təcavüzkardır. Azərbaycan torpaqları işğal altına düşən zaman bəzi ölkələr bizə qarşı sanksiyalar tətbiq etmişdilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərilən istiqamətlərdən biri məhz erməni yalanlarının ifşası, aparılan əsassız təbliğata qarşı real həqiqətlərimizin, tarixi faktların qoyulması oldu. Uğurlu siyasətimiz nəticəsində bu hədəfə də nail olduq. Baxmayaraq ki, əksər dünya gücləri həqiqətlərə göz yumur, Ermənistana dəstək siyasətini həyata keçirirlər, Azərbaycan dövləti, xalqı bu yanaşmalardan ruhdan düşmədi, əksinə faktlara əsaslanan siyasətini uğurla davam etdirdi və etdirir. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etdilər. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi. Azərbaycan istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı sahəsində də mühüm uğurlara imza atır. Azərbaycanın beynəlxalq nüfuzu imkan verdi ki, daha çox dostlar qazanaq.

Müharibəyə gedən yolun əsas istiqamətlərindən biri də vətənpərvərlik məsələləri ilə bağlı aparılan fəal siyasətimizdir. “Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə gedirdilər. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqlar daha sıx birləşdi.

Bu amillərin vəhdəti əsasında ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər