Qaradağ Rayonunda silsilə tədbirlər davam edir

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Qaradağ rayonunda Zəfər Bayramı ərəfəsində ağacəkmə kompaniyası keçirilmişdir

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Qaradağ rayonunda 8 noyabr – Zəfər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu, Bakı-Ələt (Qazax) avtomobil magistral yolunun 29 km-nin sağ hissəsi, Bakı-Ələt (Qazax) avtomobil magistral yolunun 34-cü km-nin sol hissəsində ağacəkmə aksiyası keçirilmişdir.

Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkili Aydın Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Hüquq Mühafizə orqanları, rayon əhalisi iştirak etmişdir.

İctimaiyyət nümayəndələri ümumilikdə 800 ədəddən çox müxtəlif növ ağac əkmişlər.

Qaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Şəhid İsmayılzadə Səməndərin anım mərasimi keçirilib

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, İsmayılzadə Səməndər Vahid oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş İsmayılzadə Səməndərin il mərasimi keçirilib. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ Rayon Polis İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib sonra isə məzarı üzərinə gül dəstələri qoyulub

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Lökbatan qəsəbəsində Şəhid Məzdək Eyvazlının anım mərasimi keçirilib

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Eyvazlı Məzdək Əli oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri, yaxınıları,qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Eyvazlı Məzdək Əli oğlunun məzarı önünə gül dəstələri qoyulmuşdur

Qaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Ələt qəsəbəsində səyyar qəbul keçirib

Qaradağ Rayonunda silsilə tədbirlər davam edir


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbəsində səyyar qəbulu keçirilmişdir.

Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Ələt qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Qaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edirQaradağ Rayonunda silsilə tədbirlər davam edir
Qaradağ Rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər