Süleyman Mikayılov: YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir

Süleyman Mikayılov: YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir



Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov - Bu gün Türkiyədə Ədalət və İnkişaf Partiyası Azərbaycanda isə Yeni Azərbaycan Partiyası hakim partiyadır. Həm partiyaların bir-birinə münasibətləri, həm də partiya sədrlərinin bir-birlərinə münasibətləri dostluq münasibətlərini də aşaraq qardaşlıq münasibəti səviyyəsindədir. Dünyada həmişə dövlətlərin bir-birinə məhəbbəti yox, marağı olur. mma Azərbaycanla Türkiyə siyasətdə işlənən bu ifadədən imtina edərək iki dövlət arasında münasibətləri qardaşlıq səviyyəsinə qaldıra biliblər. Təbii ki, Azərbaycan tərəfindən bu siyasətin bünövrəsini Ümummilli Lider Heydər Əliyev "Bir millət, iki dövlət" şüarını irəli sürməklə qoyub. Hazırda bu siyasət Türkiyədən Rəcəp Tayyib Ərdoğan Azərbaycandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqribən mart ayının sonlarında Ədalət və İnkişaf partiyası ilə Yeni Azərbaycan partiyası arasında onlayn qaydada çox maraqlı bir konfrans keçirildi. Bu tədbirdə çox maraqlı məruzələr oldu.

Tarixin bütün məqamlarında bu iki dövlət xalq olaraq bir-birinin yanında olub. Bütün dövrlərdə olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyənin bizim yanımızda olduğunu gördük və qürur duyduq. Bu gün də Azərbaycanın hansı bölgəsinə getsəniz üçrəngi bayrağımızla yanaşı Türkiyənin bayrağının da dalğalandığını görəcəksiniz. Xalq birmənalı olaraq Türkiyənin Azərbaycan, Azərbaycanın Türkiyə üçün hansı mövqeyə malik olduğunu çox yaxşı bilir. İki partiya arasında olan münasibət iki dövlət arasında olan münasibətin daha da güclənməsinə, qardaşlıq münasibətlərinin ali səviyyəyə qalxması üçün görülən tədbirlərdir. Hər iki dövlət regionda sülh və əmin-amanlıq üçün əllərindən gələni edirlər.

Şəhid və qazi ailələrinin övladları ilə evlərində görüş keçirmişdir

Süleyman Mikayılov: YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının fəallları şəhid və qazi ailələrinin övladları ilə evlərində görüş keçirmişdir.
Görüşdə uşaqlara hədiyyələr təqdim olunmuş onların istək və arzuları dinlənilmişdir. Canlarını vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda fəda etmiş şəhidlərimizin övladları bu görüşdən sevinmişdir. Bu görüşlər xalqımız və dövlətimizin şəhid övladlarına qarşı olan diqqət və qayğısının nümunəsidir. Onların sevinci bizimdə sevincimizdir. Onlar bizə əmanətdir.

Süleyman Mikayılov: YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədirSüleyman Mikayılov: YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir
Süleyman Mikayılov: YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər