Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

14 Sentyabr 2022-ci ildə Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 №-li tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 14.09.2022-ci il tarixdə Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Kürdəxanı bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
İlk olaraq qəbul iştirakçıları Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 06.09.2022-ci il tarixdə Bilgəh qəsəbəsi 142 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi, Bilgəh bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak etmişdir.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Sabunçu rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər