Ağamir Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Ağamir Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi Ağamir Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi Ağamir Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ağamir Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi Ağamir Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi Ağamir Hüseynovdur.

Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi Ağamir Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ağamir Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ağamir Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Ağamir Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ağamir Hüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağamir Hüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ağamir Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ağamir Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ağamir Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ağamir Hüseynov özünü doğruldub. Bizdə hörmətli Ağamir Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lənkəran Telekommunikasiya Qovşağının baş mühəndisi Ağamir Hüseynov - Zəfər missiyamızı məhz Füzuli rayonundan başladıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.

İşğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliyinin şahididir. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən yerli və xarici qonaqlar erməni vəhşiliyinin təzahürlərini görür. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Rayonda bir dənə salamat kənd, bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Müzəffər Ali Baş Komandan daim bu xatırlatmanı edir: “Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz.”

Bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Amma bu inam, ümid heç zaman insanları tərk etmədi. Xalqımız əmin idi ki, dövlətimizin qətiyyəti, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azadlığına qovuşacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev qaçqın və məcburi köçkünlərlə görüşlərində hər zaman bildirirdi ki, onlara yaradılan şərait müvəqqətidir. Tezliklə torpaqlarımızı azad edəcək, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara yenidən nəfəs verəcək.

Hər bir vədini real həyatda təsdiqləyən cənab İlham Əliyev bu vədini də doğrultdu. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, neçə-neçə strateji yüksəkliyin işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşümüz dünyaya səs saldı.

Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfər yaralandı. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edir. Ölkəmizin müharibə təcrübəsi dünya dövlətlərinin hərbi ekspertləri tərəfindən öyrənilir, dərsliklərə salınmasının vacibliyi bildirilir. Azərbaycan bu müharibədə torpaq, Vətən sevgisini nümayiş etdirdi. Qarabağın milli qürur məsələsi olduğunu dünyaya çatdıran Müzəffər Ali Baş Komandan tariximizin Zəfər səhifəsinin müəllifi olaraq bu qürurumuzu özümüzə qaytardı.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qeyd etdiyimiz kimi, artıq tariximizə torpaqlarımızın işğaldan azad edildiyi günlər yazılıb. 17 oktyabr yalnız füzulilərin deyil, bütün Azərbaycan xalqının qürur tarixidir. Soydaşlarımızın torpaq həsrətinə son qoyulduğu bu tarixdən Füzuli rayonu həyatının yeni mərhələsinə daxil oldu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər