BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir

BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi BOS Shelf şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, BOS Shelf şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynovdur.

BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir


BOS Shelf şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nazim Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, BOS Shelf şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

*********

BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.

Şirkət 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf FZCO tərəfindən təsis edilmişdir.

Fəaliyyətimizin əvvəlindən biz Azərbaycanda Xəzər dənizində neft və qaz istehsalı üzrə iri miqyaslı və mürəkkəb layihələrin icrasına cəlb edilmişik.

2001-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) BOS Şelflə Azərbaycan tarixində ən böyük neft-qaz layihəsi olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının tam miqyaslı işlənilməsinin 1-ci mərhələsi üçün iki ədəd dərin dəniz özülü quraşdırılması barədə müqavilə imzaladı. Müqavilədə 26,000 tonluq dayaq blokunun və 14,000 ton payaların hazırlanması və Keyfiyyət və SƏTƏM üzrə hədəflərə nail olunması şərtilə qrafikə uyğun vaxtda təhvil verilməsi nəzərdə tutulmuşdu.

BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir


1-ci mərhələnin uğurla tamamlanmasından sonra ABƏŞ BOS Şelflə AÇG-nin 2-ci və 3-cü mərhələsi üçün daha 5 dərin dəniz özülünün, həmçinin ÇNL üçün dayaq blokunun hazırlanması barədə müqavilə imzaladı. Bu layihələr 2005-2012-ci illər ərzində beynəlxalq standartlara uyğun olaraq uğurla həyata keçirildi.

2012-ci ildə BOS Şelf Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun başlıca operatoruna çevrilərək zavodun istehsalat qabiliyyətinin geniş modernizasiyası işlərinə başladı.

2013-cü ildə BOS Şelf dəniz qaz yataqlarının mənimsənilməsi üzrə dünyada ən mürəkkəb layihələrdən biri olan Şahdənizin 2-ci mərhələsi üçün dərin dəniz özüllərinin quraşdırılması barədə BP ilə müqavilə imzaladı. Müqavilə iki ədəd dərinsulu dayaq blokunun və beş sualtı qurğular dəstinin hazırlanmasını nəzərdə tuturdu.

Layihənin texniki mürəkkəbliyinə baxmayaraq BOS Şelf komandası layihə ilə bağlı yardımçı işlərin icrasına davam etməklə işlərin əsas həcmini qrafikdən əvvəl, yəni 2017-ci ilin mart ayında tamamlamağa nail oldu.

Dayanıqlı inkişafı hədəfə alan BOS Şelf bir çox iri miqyaslı və strateji layihələrdə davamlı iştirakı ilə dünya səviyyəli Azərbaycan şirkəti olduğunu qürürla bəyan edir.

Hər bir biznesin inkişafı ayrılmaz surətdə insan amili ilə bağlıdır. Biz müxtəlif peşələrdə artıq yüksək səviyyəyə çatmış mütəxəssislərlə işləməklə yanaşı, yeni istedadları da kəşf edir, onları unikal iş təcrübəsi və geniş çeşidli peşəkar bacarıqlarla təmin etməklə inkişaf etdirirk.

100 müxtəlif ixtisas üzrə 3,000 nəfərlik kollektiv ilə ölkəmizdəki ən yaxşı işçi heyətlərdən birinə malik olmağımızla qürür duyuruq. Biz davamlı olaraq öz işçilərimiz üçün təlimlər təşkil edir və BOS Şelfin işçi heyətə dair vahid daxili tələblərini və sifarişçilərimizin tələblərini əldə rəhbər tutaraq əməkdaşlarımızın peşəkarlığının yüksək səviyyəsini saxlayırıq.

Fəaliyyətimizin əsas işçi özəyini mühəndislər, certyojçular, qaynaqçılar, quraşdırıcılar, elektriklər, mexaniklər, skafold quraşdıranlar, anbardarlar, montajçılar, dülgərlər, kran operatorları və takelajçılar təşkil edir, bütün işlərdə isə onlara bir çox şöbələr, o cümlədən, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi, Keyfiyyətə Nəzarət, İnsan Resursları, Layihələrin İdarəedilməsi, Mühasibatlıq, Kommersiya, Təchizat şöbələri dəstək verir.

İşçilərimizin bacarıqlarını inkişaf etdirmək üçün bizim geniş təlim mərkəzlərimiz və peşəkarlığın artırılması üzrə proqramlarımız var.

Bizim işçi heyətə skafold və rəngləmə, elektrotexnika, hidravlik qurğular və qaynağın dağılmayan üsullarla sınağı üzrə subpodratçı mütəxəssislər kömək edir.

Milliləşdirmə planının mahiyyətinə uyğun olaraq biz son illərdə yerli işçiləri hərtərəfli təlimatlandırıb inkişaf etdiririk və bu da bizə onları yüksək vəzifələrə təyin etməyə imkan verir.

BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir


Hal-hazırda işçi heyətimizin 98%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Tərəfdaşlarımızla İş
Tikinti-quraşdırma işləri BOS Şelfin öz tərəfdaşları ilə sifarişçilərə göstərdiyi tam miqyaslı Layihələndirmə, Satınalma, Tikinti və Quraşdırma xidmətlərinin bir hissəsidir. Bizim bütün tərəfdaşlarımız beynəlxalq səviyyədə tanınan standartların tələblərinə uyğun olaraq öz öhdəliklərinin yerinə yetirilməsinə yüksək peşəkarlıqla yanaşırlar.

Bizim tikinti-quraşdırma xidmətlərimizə aşağıdakılar daxildir:


Dayaq Bloklarının Quraşdırılması
Prosesə quraşdırma yerində şaquli quraşdırılması üçün bütün dayaq bloklarının Qurban Abasov gəmisinin göyərtəsinə yüklənilməsi və nəqliyyatı ilə başlanılır.

Biz dayaq blokunun quraşdırılma nöqtələrini geoinformasiya sistemləri vasitəsilə müəyyənləşdiririk. Quraşdırma zamanı ilmələmə və takelaj avadanlığının birləşdirilməsi/açılması məqsədi ilə dəniz şəraitində istifadə olunan giriş nərdivanları və müvəqqəti keçid trapları təmin olunur.

Barjadan boşaldılan dayaq blokunu dənizin dibinə otuzdurduqdan sonra onu bərkitmək üçün başqa müvəqqəti vasitələr olmadığına görə biz paya dəstinin istiqamətləndirilməsini nəzərə almaqla payaların vurulmasını dərhal icra etməliyik. Payaların vurulması ardıcıllığı dayaq blokunun ən hündür ayağından başlamaqla aşağı ayaqlara doğru yerinə yetirilir. Tələb olunarsa, biz həmçinin xüsusi nivelir aləti ilə dayaq blokunun səviyyəsinin düzləndirilməsini də icra edirik.


Paya Özülünün Quraşdırılması
Dayaq bloku özülünün payalarının daşınması dayaq bloku ilə birlikdə Qurban Abasov gəmisinin göyərtəsində yerinə yetirilir. Payaların diametrinin və divar qalınlığının müxtəlif olmasından asılı olaraq onların çevrilməsi üçün istifadə olunacaq Boru Daxili Yükqaldırma Avadanlığının ölçüsü, həmçinin müxtəlif payaların vurulması üçün çəkiçlərin/muftaların quraşdırılması üsulları müəyyən edilir.

Payaların çevrilməsi struktur yoxlamasından sonra ya çevirmə xamutu, ya da sürüşən tava vasitəsilə (uzunluq və ölçüdən asılı olaraq) yerinə yetirilir.


Göyərtə Meydançası/Körpülərin Quraşdırılması
Bütün göyərtə meydançaları/körpülər də həmçinin Qurban Abasov gəmisi vasitəsilə daşınır və quraşdırılır. Biz, göyərtə meydançasının/körpülərin quraşdırılmasından əvvəl geodezik yoxlamalar aparmaqla ehtiyac olarsa quraşdırma vasitəsi kimi amortizatorlardan və istiqamətləndiricilərdən istifadə edirik. Konstruksiyanın quraşdırılmasından əvvəl təsdiqlənmiş qaynaq prosedurunu tətbiq etməklə ayırıcı qaynaq prosesi yerinə yetirilir.


Üst Tikililərin və Modullarının Quraşdırılması
Modulların daşınması üçün istifadə olunan yük barjası bütün daşınma kriteriyalarına cavab verir. Bununla belə, aşağıdakı məsələləri araşdırmaq üçün xüsusi olaraq Nəqliyyat analizi aparılmalıdır:

Barjanın bütövlüyü və zərbəyə qarşı möhkəmliyi
Verilmiş yüklənmə vəziyyətinə uyğun olaraq barjanın bütün uzunluq boyu möhkəmliyi
Tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılma yerinə qədər yedəklənmək üçün yedək tumbasına olan tələblər
Müəyyən şəraitə uyğun hərəkət reaksiyası

“Azərbaycan Kran Gəmisi”-nin lövbərlənməsi üçün dayaz sularda stasionar lövbər yeri tələb olunur. Stasionar lövbər yerləri lövbərləmə analizinə və torpağın xarakteristikasına əsasən təyin edilir. Payaların vurulması üçün dayaz sularda işləyə bilən müvafiq gəmi və ya panton barjası mobilizə edilməlidir.


Dəniz Bazalarının Təchizatı
Bütün təchizat işləri BOS Şelfin Dəniz Bazalarının İdarə edilməsi bölməsinin nəzarəti altında yerinə yetirilir. Bura daxildir:


Bazaya qədər gələ bilən müxtəlif nəqliyyat vasitələri ilə (avtomobil, dəmir yolu, dəniz yolu) daxil olan CPİ/Layihə materiallarının qəbul edilməsi və boşaldılması
Layihə üzrə tələblərə uyğun olaraq CPİ / Layihə materiallarının anbarlara yığılması və qorunması
Material və avadanlığın qorunması və onlara texniki qulluq
Material və avadanlığın son istifadə məntəqəsinə göndərilməsi üçün liman ərazisində lövbər salmış gəmilərə birbaşa yüklənilməsi və dənizlə nəqliyyatı üçün bərkidilməsi
Gəmilərin mobilizasiyası və demobilizasiyası
Gəmilərə yanacağın doldurulması və əməliyyat dəstəyi (avadanlıq üçün saxlama yeri, avadanlığın və şəxsi heyətin gəmidən limana keçirilməsi, tullantıların daşınması xidmətləri və s.)
Yuxarıda haqqında bəhs edilən bütün konstruksiyalar “GS EP STR 401 – Dəniz qurğularının yüklənməsi, dənizlə nəqli üçün bərkidilməsi, daşınması və quraşdırılması” sənədində göstərilən müsaidələrə uyğun quraşdırılmışdır.

Tələblərə əsasən dəniz dibi şəraitinin layihə şərtlərinə uyğun olmasını təsdiqləmək və mümkün çöküntülər və maneələri aşkarlamaq üçün quraşdırma əməliyyatı öncəsi geodeziya kəşfiyyatı əməliyyatı aparılır.


Gəmilər – Əsas Göstəriciləri
QURBAN ABASOV – Əsas Xarakteristikası
Gəminin adı - «Qurban Abasov»
Ümumi uzunluğu - 141,40 m
Perpendikulyarlar arası uzunluq - 121,75 m
Eni - 54 m
Əsas göyərtəyə qədər bortunun hündürlüyü - 9 m
İşçi göyərtəyə qədər bortun hündürlüyü - 13,00 m
Suya oturumu, yay - 7,99 m
Maksimum sərnişin tutumu - 217 Təmiz çəkisi – 12,132 t
Kranın maksimum yükgötürmə qabiliyyəti – Əsas qarmaqlar – 600 t (2x300 t)
Kranın maksimum yükgötürmə qabiliyyəti – Əlavə qarmaqlar - 150 t

Hal-hazırda gəminin sükan sistemi yalnız iki idarəolunan itələyicidən və iki tunel pərindən ibarətdir. DP-3-də işləmək üçün yenidənqurnma işlərinə əlavə olaraq 90°-lik meylliyə malik dörd ədəd Thrustmaster OD1500N modulyar Hidravlik Göyərtədən kənar İtələyici Qurğunun quraşdırılması daxildir. Bu itələyicilər yerli idarəetmə panelləri, kənardan idarəetmə panelləri və DP interfeys panellərinə malik avtonom modulyar konteynerləşdirilmiş dizel hidravlik güc qurğusu ilə təchiz edilmişdir. Onlardan mövcud olan dördü (ikisi gəminin burnunda və ikisi gəminin sarğısında) daha dörd itələyici ilə komplekləşdiriləcəkdir.


1.1.1 Azərbaycan Kran Gəmisi – Əsas Göstəriciləri
Gəminin adı - «Azərbaycan»
Gəminin növü - Kran gəmisi
İnşa olunub - Blohm+Voss Hamburg
İli - 1978
Gəminin sahibi - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
Qeydiyyatda olduğu liman - Bakı
Ümumi uzunluğu - 121,00 m
Perpendikulyarlar arası uzunluq - 120,00 m
Eni - 34,50 m
Əsas göyərtəyə qədər bortunun hündürlüyü - 7,50 m
İşçi göyərtəyə qədər bortun hündürlüyü - 11,00 m
Suya oturumu, boş yay - 5,56 m
Arxa perpendikular - 0 çərçivə
Ön perpendikulyar - 41 çərçivə
Orta kəsiyi - 21 çərçivənin 1,0 m arxası
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər