Gədəbəydə səyyar qəbullar davam etdirilir

Gədəbəydə səyyar qəbullar davam etdirilir


Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi Nofəl Quliyevin doğum günündə məzarı ziyarət olunub

Gədəbəydə səyyar qəbullar davam etdirilir


Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Quliyev Nofəl İlham oğludur.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 28 yaşını qeyd etdiyimiz Nofəl Quliyevin xatirəsi yad olunub.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Qoşabulaq kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Nofəl Quliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Nofəl kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Nofəl Quliyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Gədəbəydə səyyar qəbullar davam etdirilirGədəbəydə səyyar qəbullar davam etdirilirGədəbəydə səyyar qəbullar davam etdirilir
Gədəbəydə səyyar qəbullar davam etdirilir


Gədəbəydə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfrans təşkil edilib

Gədəbəydə səyyar qəbullar davam etdirilir


15 iyun Milli Qurtuluş Günü ərəfəsində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy, Daşkəsən, Şəmkir rayon və Şəmkir hərbi prokurorları və həmin prokurorluqların əməkdaşları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, media və qeyri-hökumət təşkilatlarının, eləcə də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri və ziyalılarının iştirakı ilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfrans təşkil edilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra konfrans iştirakçıları Gədəbəy rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.
Konfrans zamanı çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev mötəbər tədbirin Gədəbəy şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edərək dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratdığını qeyd etmiş, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikasının möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini vurğulamışdır.
Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu tədbir zamanı qeyd edən Gədəbəy rayon prokuroru Əli Babayev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib.
Konfrans zamanı, həmçinin, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Şəmkir Regional QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov çıxışlar edib.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filminə baxıb.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Gədəbəydə səyyar qəbullar davam etdirilirGədəbəydə səyyar qəbullar davam etdirilir
Gədəbəydə səyyar qəbullar davam etdirilir


Vətəndaş qəbulları davam edir

Gədəbəydə səyyar qəbullar davam etdirilir


Gədəbəy Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Natiq Nağıyev müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Gədəbəydə səyyar qəbullar davam etdirilir


Gədəbəydə səyyar qəbullar davam etdirilir

Gədəbəydə səyyar qəbullar davam etdirilir


Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Gədəbəy Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevin növbəti səyyar qəbulu rayonun Pərizamanlı kəndində keçirilib.

Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmiş və digər sosial məsələlərdən danışaraq, kənd sakinlərinə ətraflı məlumat vermişdir. Bununla yanaşı, görüşdə qarşıda duran vəzifələrdən bəhs edilib, rayonda görülən işlər barədə söhbət açılıb, kənd ərazisində həlli vacib olan bir sıra məsələlələrə toxunulmuşdur.

Yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını qeyd edən sakinlər əvvəlcə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.

Qəbulda qaldırılan müraciətlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, bəzi müraciətlər yerindəcə həll edilib, bəzilərinin həlli ilə əlaqədar idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib, icrası nəzarətə götürülmüşdür.

Gədəbəydə səyyar qəbullar davam etdirilirGədəbəydə səyyar qəbullar davam etdirilir
Gədəbəydə səyyar qəbullar davam etdirilir


Vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz müsbət həllini tapıb

Gədəbəydə səyyar qəbullar davam etdirilir


Gədəbəydə bütün sahələrlə yanaşı, vətəndaş amili hər zaman ön planda tutulur.

Belə ki, sakinlər tərəfindən səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşılması həmin məsələnin öz müsbət həllini tapmasına səbəb olur.

Gədəbəy şəhərində yaşayan sakinlərin qaldırdığı məsələlənin həll olunması da bu dediklərimizin əyani sübutudur.

Rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş vətəndaş qəbulunda Gədəbəy şəhər sakinləri Şirinov Ayaz İsmixan və Şirinov Fikrət İsrayıl oğlunun qaldırdıqları məsələ Rayon İcra Hakimiyyətinin və Gədəbəy şəhər bələdiyyəsinin birgə təşəbbüsü ilə təmin olunmuşdur. Belə ki, şəhər ərazisində yerləşən iki küçəyə qum-çınqıl tökülərək hamarlanıb, sakinlərin rahat şəkildə gediş-gəlişi təmin edilib.

Həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, bu gün Gədəbəydə ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili ön planda tutulur. Onlar tərəfindən səsləndirilən hər bir məsələyə belə həssaslıqla yanaşılır və öz həllini tapır.

Gədəbəydə səyyar qəbullar davam etdirilir
Gədəbəydə səyyar qəbullar davam etdirilir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər