DAŞKƏSƏNDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞLƏR DAVAM EDİR

DAŞKƏSƏNDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞLƏR DAVAM EDİR


Fevralın 2-də Daşkəsən rayon İcra hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının məsul əməkdaşları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid ailələrini ziyarət ediblər.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və RİH-nin əməkdaşı Elmar Əliyev daşkəsənli şəhid Ələsgərov Pərviz Lətif oğlunun Yuxarı Daşkəsən qəsəbəsində yaşayan ailəsində olub, problemləri ilə maraqlanıb və onlara ərzaq payı veriblər.
Şəhidin atası Lətif Ələsgərov ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq edib. Həmçinin bildirib ki, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev onun ailəsini də daim diqqət mərkəzində saxlayır. Görüş zamanı Lətif Ələsgərov Daşkəsən şəhərində olan mənzilinin sənədləşdirilməsini istəyib. Rayon İcra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə vətəndaşın istəyi olan məsələ yerində həll olunub.
Daha sonra şəhid Quliyev Elşən Natiq oğlunun Daşkəsən şəhərində yaşayan ailəsi ziyarət olunub, məişət qayğıları ilə maraqlanılıb və onlara ərzaq payı verilib. Qeyd edək ki, yanvarın 23-də şəhidin ikinci övladı Nəzrin dünyaya gəlib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və RİH-nin əməkdaşı Elmar Əliyev görüşlərdə vurğulayıblar ki, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkənin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da dərin hörmət və ehtiramla anılır. Daşkəsən rayonunda şəhid ailələrinin üzvləri və qazilər ilə görüşlərin keçirilməsi davam edəcək və dövlətin yaratdığı bütün imkanlardan onların istifadə etmələri üçün köməklik olunacaqdır.

DAŞKƏSƏNDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞLƏR DAVAM EDİRDAŞKƏSƏNDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞLƏR DAVAM EDİRБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər