Cəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir

Cəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir


Şingədulan kəndində səyyar görüş-qəbul keçirildi

Cəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir


Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev növbəti görüş-qəbulunu Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərinin sakinləri ilə keçirdi.

Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığı bildirdi. Sonra C.Baxşıyev Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi torpaqlarımızı işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri haqqında görüş iştirakçılarını məlumatlandırdı. Həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Şingədulan kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işləri kənd sakinlərinin diqqətinə çatdırdı.

Səyyar qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.

Laman kəndində şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

Cəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir


18 iyul 2022-ci il tarixdə, ad günündə rayonun Laman kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Dənziyev Orxan Mübariz oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdi və önünə tər gül-çiçəklər düzdülər.

Bulaq kompleksinin önündə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər düzüldü.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır. O, cümlədən bu kəndin qəhrəman oğlu, Vətən müharibəsi şəhidi Dənziyev Orxan Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Daha sonra açılış mərasimində kənd ağsaqqalı, şəhidin müəllimi Babalı Quliyev, kənd sakinləri Nəbi Mirzəyev və Əkrəm Abdullayev çıxış edərək, şəhid haqqında xatirələrini bölüşdülər .

Məktəblilərin ifasında şəhidə həsr olunmuş şeirlər və mahnı səsləndirildi.

Sonda şəhidin atası Mübariz Dənziyev və əmisi Nağdıəli Dənziyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə etdilər.

Cəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirCəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirCəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirCəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirCəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir
Cəlil Baxşıyev: Lerik Rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Cəlil Baxşıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər