Cəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLAR

Cəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLAR










Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “ Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı.

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Rəhbərliyin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Lerik rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.


P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.




Cəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARCəlil Baxşiyev: Gözəlləşən Azərbaycan silsiləsindən – Lerik rayonu - +FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər