Elnur Qəribov: Azərbaycanın iqtisadi göstəriciləri müsbət dinamika ilə davam edir

Elnur Qəribov: Azərbaycanın iqtisadi göstəriciləri müsbət dinamika ilə davam edir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İş adamı Elnur Qəribovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İş adamı Elnur Qəribovdur.

İş adamı Elnur Qəribov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elnur Qəribov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İş adamı Elnur Qəribova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İş adamı Elnur Qəribov - Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə gətirib çıxarır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu 19 ildir uğurla davam etdirilir.

Prezident İlham Əliyev 2022-ci ilin 12 aprel tarixində birinci rübün yekunlarına həsr olunan müşavirədə çox mühüm məsələlərdən bəhs etdi. Dövlət başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli məqamlara toxundu. Əldə olunan nəticələrdən, nailiyyətlərdən, hədəflərdən danışdı. Cənab Prezident vurğuladı ki, cari ilin birinci rübündə ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib: “Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır”. Buradan belə aydın olur ki, Azərbaycanın iqtisadi inkişafı uğurla davam etdirilir. Ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, tarixi Zəfərimiz diplomatik müstəvidə möhkəmləndirilir. Müşavirədə diqqətə çatdırılan məsələlər, söylənilən fikirlər son bir ilin iqtisadi və siyasi mənzərəsini əks etdirdi.

Ölkəmiz müharibədən çıxmasına və dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, inkişaf dinamikasını qoruyub saxlaya bildi. Əhalinin rifahının yaxşılaşması üçün həyata keçirilən islahatların nəticəsində sosial tədbirlərin əhatə dairəsinin genişləndi. İqtisadi inkşafın artması Azərbaycanın yeni uğurlar qazanmasına zəmin yaratdı.

Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların davam etdirilməsi Azərbaycanın gücünün daha da artmasına gətirib çıxartdı.

Müşavirədə yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsu verildi. Bu gün ölkəmiz strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycan dövləti qüdrətlidir, güclüdür, çağırışlara hazırdır, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər