Respublikanın ən böyük idman arenalarından biri olan Tofiq Bəhramov adına Respublika Stadionu

Respublikanın ən böyük idman arenalarından biri olan Tofiq Bəhramov adına Respublika Stadionu


Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci il sentyabrın 16-da istifadəyə verilib.
Arenanın ümumi sahəsi 20 hektardır. Stadionun əsas futbol meydançasının ölçüləri 105x72 metrdir. Meydançanın ətrafında salınmış 8 zolaqdan ibarət atletika cığırının uzunluğu 400 metrdir. Stadionda bir neçə köməkçi zallar da mövcuddur. Buraya eni 25, uzunluğu 50 metr olan güləş zalı, eləcə də boks zalı (25 m x 10 m), 2 ayrı futzal zalı, 1 açıq havada mini-futbol meydançası daxildir.
2012-ci il avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilib. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb.
İlk vaxtlar İ.Stalinin və V.İ.Leninin adını daşımış stadiona 1993-cü ildən dünyaca məşhur futbol hakimi Tofiq Bəhramovun adı verilib.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevdir.

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şamil Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şamil Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Şamil Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər