Səkinə xanım Babayeva: 2022-ci ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır

Səkinə xanım Babayeva: 2022-ci ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Səkinə xanım Babayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son illər qeyri-neft sektorunun, xüsusilə də paytaxt Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələr həyata keçirilir. O cümlədən qadın sahibkarlığın inkişafına dəstək göstərilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar, o cümlədən qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar xeyli nailiyyətlər qazanıblar. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görülür.

Bakı Tekstil Fabriki 2010-cu ildən fəaliyyət göstərir.
Bakı Tekstil Fabriki Binəqədi rayonu, Baksol ərazisi 1 ünvanında yerləşir. Hal-hazırda müəssisədə 120 nəfər işçi çalışır. Müəssisəyə Аlmаniyа, Itаliyа, Hollandiya, Yаpоniyа və Türkiyədən ən sоn xammal və tехnоlоgiyаlаr tətbiq оlunmаqlа yanaşı müаsir təcrübəyə mаlik xarici mütəхəssislər də cəlb оlunur. Hаzırdа müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik dünyа və аvrоpа stаndаrtlаrınа uyğun 5000-dən çох çеşidli müхtəlif tekstil məhsullаrı istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. «Bakı Tekstil Fabriki» MMC-nin istehsal profilinə daxildir:
- Xüsusi təyinatlı geyimlər
- Promo geyimlər
- Məktəbli geyimi
- Tibbi geyim
- Idman geyimi
- Alt geyim
- Corab
- Digər geyimlər


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva - 2022-ci ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır. “Pandemiyanın təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Azərbaycan uğurla inkişaf edib. Elə yalnız ümumi daxili məhsulun 6,8 faizlik artımı postpandemiya dövrünə aid böyük nailiyyətdir. Həmçinin, cari ilin birinci rübündə qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı sahəsi 4 faiz, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi 60 faizdən çox, ölkə ixracı iki dəfədən çox, qeyri-neft ixracı 45 faiz artıb. Eyni zamanda, xarici ticarət saldosu cəmi üç ayda 5.1 milyard dollar təşkil edib ki, dünyanın əksər ölkələrində bu sahədə saldo mənfidir. Eləcə də, xarici dövlət borcu da azalıb. Bir sözlə, 2022-ci ilin ilk üç ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və postmünaqişə dövrünün birinci ilinin nəticələri də onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib”.

Əldə olunan iqtisadi yüksəliş aparılan islahatların nəticəsidir: “Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Qeyd edilməlidir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir”.

“Bir məqam da xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb”. Bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır: “Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad edilmiş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər