Yusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏL

Yusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏL



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Nərimanov İcra Hakimiyyəti başçısının I müavini Yusif Sadıqovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Nərimanov İcra Hakimiyyəti başçısının I müavini Yusif Sadıqov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yusif Sadıqov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nərimanov İcra Hakimiyyəti başçısının I müavini Yusif Sadıqova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nərimanov İcra Hakimiyyəti başçısının I müavini Yusif Sadıqovdur.

Nərimanov İcra Hakimiyyəti başçısının I müavini Yusif Sadıqov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yusif Sadıqov bu işin müqəddəsliyini qoruyub saxlayır. Yusif Sadıqov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Yusif Sadıqovdan danışdılar yaxşı ki, Yusif Sadıqov Nərimanov İcra Hakimiyyəti başçısının I müavinidir… Yusif Sadıqov öz isguzarlığı ilə tanınır və seçilir….

Yusif Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Yusif Sadıqov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yusif Sadıqov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Yusif Sadıqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Yusif Sadıqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yusif Sadıqov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Nərimanov İcra Hakimiyyəti başçısının I müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Yusif Sadıqov özünü doğruldub. Bizdə hörmətli Yusif Sadıqovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Vətən Müharibəsi şəhidlərinin anım günləri Nərimanov rayonunda qeyd edildi

Yusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏL


Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımız - Murad Məmmədovun və Ziyad Muradovun anım günləri Nərimanov rayonunda qeyd olunub.
İlk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birgə onların məzarlarını ziyarət etmiş, unudulmaz xatirləri dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulmuşdur.
Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaət Müzəfər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Şəhid Murad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, Şəhid Ziyad Muradov isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” meddaları ilə təltif ediliblər.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib, adlarına ehsan verilib, onların ruhuna dualar oxunub.
Tədbirlərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz çıxışlarında Vətən Mügharibəsi zamanı Xalq–Ordu birliyindən hamının qürur duyduğunu, şəhidlərimizin həyat yolunun və qəhrəmanlıqlarının yetişən gənclərə bir nümunə olduğunu qeyd etmişdir. O cümlədən digər çıxış edənlər şəhid ailə üzvlərinin dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini vurğulamış və onları daim diqqətdə saxlayıb, yanlarında olmaq hər bir soydaşımızın borcu olduğunu bildirmişdir.
Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr - Anım günündəki yürüşdə Murad və Ziyadın portretləri də qaldırılmışdır. Həmin portretlər şəhidlərin ailə üzvlərinə təqdim edilmiş, onlar isə öz növbəsində şəhidlərin xatirələrinə verilən qiymət və hörmətə, hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezdenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


Yusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏLYusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏLYusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏLYusif Sadıqov rəhbərliyin sadiq adamlarındandır - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər