Malik Mirzəyev kəndçilərə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır

Malik Mirzəyev kəndçilərə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağcabədi Suvarma Sistemləri İdarəsi rəisi Malik Mirzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ağcabədi Suvarma Sistemləri İdarəsi rəisi Malik Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Malik Mirzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağcabədi Suvarma Sistemləri İdarəsi rəisi Malik Mirzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ağcabədi Suvarma Sistemləri İdarəsi rəisi Malik Mirzəyev - Bu gün müharibədən cəmi 11 ay keçməsinə baxmayaraq, çox böyük işlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Füzuli havalimanının inşası, Zəfər yolunun tikintisi, ağıllı kənd lahiyələrinin həyata keçirilməsi bunlardan bir neçəsidir.

Hazırda azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Tərəflər arasında ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyannamə nəticəsində hərbi əməliyyatlara son qoyulub. Buna baxmayaraq, azərbaycanlı mülki vətəndaşlar hələ də həlak olur. Mina xəritələrinin Azərbaycana verilməməsi məsələsinə toxunan ölkə başçısı bildirdi ki, -“bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır”. Bu gün Qarabağda nə qədər minanın basdırıldığı məlum deyil. Tərəflər arasında üçtərəfli bəyannamənin imzalanmasından keçən dövrdə bölgədə 150 mülki şəxs həyatını itirib. Bu şəxslərin əksəriyyəti öz doğma ev-eşiklərinin vəziyyətini görmək arzusu ilə doğma torpaqlarına səfər edən insanlardır. Belə insidentlər sülhə ən ciddi əngəldir. Tərəflər tədricən etimadın gücləndirilməsi üçün addımlar atarsa, bu, əməkdaşlıq üçün zəmin yaradacaq.

Azərbaycanla Ermənistanı birləşdirən dəmir və avtomobil yolunun – Zəngəzur dəhlizinin açılması bu iki ölkə, həm də region dövlətləri üçün yeni iqtisadi imkanlar yaradacaq. Ermənistandan keçən yolun açılması ilə Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasının tədrici başa çatacaq. Bu halda Ermənistan Azərbaycan vasitəsi ilə quru yolla Moskva və digər paytaxtarla əlaqə yaradacaq. Bu hər iki Qafqaz ölkəsinin daha təhlükəsiz şəraitdə inkişaf etməyinə imkan verəcək.

Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütovlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarınıın müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Prezident İlham Əliyev bu şansı əldən verməyin Ermənistan rəhbərliyi üçün böyük səhv olacağını bildirmişdir.

30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Prezident İlham Əliyev də düşünür ki, bu gün Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır. Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu və yeni vəziyyət yeni yanaşmalar tələb edir.

Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər