SİZİN UĞURUNUZ, BİZİM NÖVBƏTİ UĞURUMUZDUR!

SİZİN UĞURUNUZ, BİZİM NÖVBƏTİ UĞURUMUZDUR!




Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə xanım Paşayevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib.

2018 –ci ildə Dağıstan Qadınlar Birliyinin 25 illik yubileyinə həsr olunmuş tədbirdə « Dağıstanın fəal qadınları » yubiley medalı ilə təltif olunub.


"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə xanım Paşayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Təranə xanım Paşayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə xanım Paşayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə xanım Paşayevadır.

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə xanım Paşayeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Təranə xanım Paşayeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Təranə xanım Paşayeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Təranə xanım Paşayevadan danışdılar yaxşı ki, Təranə xanım Paşayeva "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəridir… Təranə xanım Paşayeva öz isguzarlığı ilə tanınır və seçilir….

Təranə xanım Paşayeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2015-ci ilin mart ayında paytaxtın Yasamal rayonu ərazisində uşaq və yeniyetmələrlə bərabər yetkin insanlara xidmət göstərən ikinci mərkəz işə başlayıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2016-cı ilin aprelində Gəncə şəhəri və Gəncə yaxınlığındakı 7 rayonun əhalisinə kompleks psixoloji, psixopedaqoji, loqoped xidmət göstərən daha bir filial istifadəyə verilib.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2016-cı ilin sentyabr ayında Bakının Nərimanov rayonu ərazisində daha geniş miqyasda xidmət göstərmək imkanlarına malik Gənclik filialı fəaliyyətə başlayıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2016-cı ilin dekabrında Cənub bölgəsi əhalisinə peşəkar xidmət göstərən Lənkəran filialı açılıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2017-ci ilin aprelində Xaçmaz rayonu və yaxın ətrafdakı 4 rayonun əhalisinə kompleks xidmət göstərən Xaçmaz filialı fəaliyyətə başlayıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2018-ci ilin yanvar ayında Bərdə rayonunda yeni filial fəaliyyətə başlayıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2018-ci ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonunda Mərkəzin baş ofisi və filialı işə başlayıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA2019-cu ilin may ayında Xırdalan filialı fəaliyyətə başlayıb.

Bütün filiallarda icraçı direktorlar, baş uşaq psixoloqları və koordinatorlar çalışırlar.
Mərkəzin əsasında 2016-cı ilin yanvar ayında Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatından keçən “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi (QHT) ilk fəaliyyətə başlayıb.

“Loqos” PNİM-də və PXTMİB-də ali təhsilli, təcrübəli peşəkar psixoloqlar, psixopedaqoq, loqoped və psixoterapevtlər komandası çalışır.
Mərkəz böyük bir ailəyə çevrilərək, özündə tanınmış peşəkar ekspertləri və gənc mütəxəssisləri birləşdirir.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi - HAQQINDA MƏQSƏD VƏ FƏALİYYƏT

İlk mərhələdə məqsəd paytaxtda yaşayan, psixoloji və laqopedik dəstəyə ehtiyacı olan uşaqlara xidmətdən ibarət olmuşdur. Sonradan yeniyetmələrlə bərabər yetkin insanlara da xidmət göstərməyə başlanıldı. Hazırda Mərkəz respublikada üç istiqamətdə – psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır.

İndi “Loqos”-un kontiningenti sadəcə uşaqlar deyil. Vətəndaş cəmiyyətinin inkişafına, ölkədə insanların psixoloji sağlamlığına dəstək verən Mərkəzin xidmət obyekti yaş məhdudiyyəti olmadan bütün insanlardır.

Filialların hər biri insanların rahat gəlib gedə biləcəkləri məkanlarda yerləşir.

İstər paytaxtda, istərsə də bölgələrdə filialar 2-3-4 mərtəbəli, təmirli, hər cür avadanlıqla təchiz olunan müasir tipli binalarda fəaliyyət göstərir. Foyelərdə qəbula gələnlərin rahatlığı üçün yüksək şərait var. Qəbul şöbəsində çalışan xanımlar müraciət edən hər kəsə xüsusi həssaslıqla yanaşır, sorğuları cavablandırır, onları uyğun istiqamətə yönləndirirlər.

Mərkəzin bütün filiallarında müalicəvi idman və masaj otaqları var. Burada da peşəkarlar çalışır.

Mərkəz kadrların seçilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini daim diqqətdə saxlayır.

LAYİHƏLƏR, TƏDBİRLƏR

Geniş masştablı və kompleks xidmət yolunu seçən “Loqos”-un əsas prioritetlərindən biri dövlətin psixoloji maarifləndirmə proqramlarında yaxından iştirak etmək və bu istiqamətdə daha çox faydalı olmaqdır. Bu məqsədlə davamlı olaraq müxtəlif psixoloji mövzularda kurslar, seminarlar, konfranslar, layihələr həyata keçirilir. Maarifləndirmə proqramlarında cəmiyyətin özəyi olan ailə- qadın və uşaqlara daha çox yer ayırılır. Cəmiyyətə adaptasiyada, ünsiyyət qurmaqda çətinlik çəkən, özgüvən əksikliyi yaşayan qadınlar üçün davamlı olaraq hər il keçirilən “Müasir Azərbaycan qadını” layihəsi bu sıradandır. Bu layihədə iştirak etmək istəyən qadınların sayı ildən ilə çoxalır.

Nitq qüsurlu və digər problemli uşaqların (autizm, daun) cəmiyyətə adaptasiyası istiqamətində məqsədyönlü iş aparılır. Belə uşaqlar üçün xüsusi məşğələlər və məktəbə hazırlıq kursları təşkil edilir. Demək olar ki, əksər filiallarda daimi məktəbəqədər hazırlıq kursları var.

“Ailədən başlanan gələcək”, “Mənim ilk uğurum”, “Mənim ilk təcrübə məktəbim”, “Psixologiya Akademiyası: Uşaq”, “Salam Ana”, “Böyük addımlarla təhsilli gələcəyə” sosial layihələr hər il daha çox insanı özünə cəlb edir.

Nümunəvi xidməti və peşəkar fəaliyyəti ilə nüfuz qazanan “Loqos” respublikada bir növ təcrübə bazası rolunu oynayır. Ölkənin bir çox ali məktəbləri psixoloji təhsil alan tələbələrini təcrübə toplamaq üçün bu Mərkəzə göndərir.

“Loqos” öz mütəxəssislərinin peşəkarlıq səviyyələrini artırması məsələsini daim diqqətdə saxlamaqla bərabər, tələbələr, gənc psixoloqlar, məktəb psixoloqları üçün kurslar təşkil edir.

Maarifçilik ənənələrinə sadiq qalan “Loqos” xeyriyyəçilik missiyasını da unutmur. Mərkəzin bütün filiallarında davamlı olaraq maddi imkanı məhdud ailələrin uşaqları üçün ödənişsiz diaqnostikalar təşkil edilir, bölgələrdə yaş məhdudiyyəti qoyulmadan psixoloji dəstəyə ehtiyacı olanlar üçün ödənişsiz aksiyalar keçirilir. Şəmkir, Qazax, Tovuz, Akstafa, Şəki, Qəbələ, Xaçmaz, Lənkəran, Zərdab, Bərdə, Ağdam, Neftçala və digər rayonlarda təşkil olunan ödənişsiz konsultasiyalardan yüzlərlə insan faydalanıb. Məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün aktual psixoloji mövzularda seminar və konfranslar keçirilib.

PROQRAMLAR, KURSLAR

Mərkəzdə davamlı fəaliyyət göstərən kurs, proqram, məşğələ və təlimlərin sırası ildən ilə çoxalır. “Şəxsiyyət tipləri və insan tanıma bacarıqları”, “Uğurlu həyatın açarı” (təlim), “Qrup terapiyası” 9-14 yaş arası, “Layihələrin yazılması və idarə edilməsi” (təlim), “Kadr Hazırlığı”, “Loqopediya”, “Klinik psixologiya”, “Ümumi psixologiya”, “Mülicəvi idman və masaj”, İnklyuziv təhsil” kursların sırasındadır.

TƏRƏFDAŞLARIMIZ

“Loqos” un əsas uğurlarından biri də ölkənin təhsil və səhiyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrini düzgün quraraq genişləndirməsidir.

“Loqos” beynəlxalq əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə ardıcıl iş aparır. Mərkəzə psixologiya sahəsində zəngin tarixə malik olan Türkiyə Cümhuriyyətindən və Rusiya Federasiyasından dünyada tanınan peşəkar mütəxəssislər dəvət olunur və ən aktual psixoloji mövzularda verilən təlimlərdən təkcə “Loqos”un əməkdaşları deyil, respublikanın xəstəxanalarında çalışan həkimlər, universitet və orta məktəb müəllimləri, psixoloqlar faydalanırlar.

“Loqos” artıq beynəlxalq aləmdə tanınmağa başlayır. Qısa vaxt ərzində görülən işlər, əldə olunan nəticələr xarici mütəxəssisləri heyrətləndirir.

Mərkəz Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Beynəlxalq Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli–Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil İşçilərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun “Nasionalnıy psixologiçeskiy jurnal” redaksiyası, Moskvada nəşr olunan “Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə əməkdaşlıq edir.

ƏMƏKDAŞLIQ

“İnnovasiyalar Mərkəzi” MMC, “QHT TV” MMC ilə xidməti işlərin göstərilməsi ilə bağlı müqavilə bağlanıb. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, “Sos Uşaq Kəndləri- Azərbaycan Assosiasiyası” İctimai Birliyi, “Üsküdar” Universiteti, “Bakı Travel Tourism” şirkəti, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıq memorandumu imzalanıb.

“LOQOS” ELMİ-PUBLİSİSTİK PSİXOLOJİ JURNAL

“Loqos” PNİM-nin, PXTM İB-nin rəsmi mətbu orqanı “LOQOS” elmi-publisistik psixoloji jurnalı Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçmiş, 2018-ci ilin mart ayının 1-dən nəşrə başlamışdır.

2019-cu ilin martında psixoloji elmi-publisistik “LOQOS” jurnalı Azərbaycan Milli Mətbuat Şurası tərəfindən rəsmi qeydiyyata alınmışdır
64 səhifədən ibarət, rəngli jurnalın ildə 4 nömrəsi nəşr edilir.

“LOQOS'LA DANIŞIR PSİXOLOQ” VERİLİŞİ

21 iyun 2018-ci ildən “Loqos” verilişi Xəzər TV–də yayımlanmağa başlayıb. 12.02.2019-cu ildən etbarən “Loqos-la Danışır Psixoloq” adı ilə veriliş canlı yayıma başlayıb. Mərkəzin peşəkar mütəxəssisləri verilişdə aktual problemləri, maarifləndiriçi mövzuları müzakirə edirlər və tamaşaçıların suallarını cavablandırırlar.

KİV-lə ƏMƏKDAŞLIQ

“Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzi 2014-cü ildən başlayaraq respublikada fəaliyyət göstərən ən nüfuzlu tele-radio şirkətləri ilə əməkdaşlıq edir, mərkəzin peşəkar mütəxəssisləri davamlı olaraq verilişlərdə ekspert kimi iştirak edir, canlı yayımlarda vətəndaşların sorğularını cavablandırırlar. Artıq beş ildir ki, “Loqos” PNİM ATV-də həftənin beş günü canlı yayımlanan “Bizimləsən” verilişinin sponsorudur. Günün mövzusuna uyğun olaraq hər verilişdə bir və ya iki mütəxəssis üç saat yarım davam edən efir məkanında iştirak edir, psixoloji məqamlara aydınlıq gətirir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər