Ağdaş davamlı inkişafın yeni ünvanıdır

Ağdaş davamlı inkişafın yeni ünvanıdır


Ağdaşı həmişə səliqə-sahmanlı görə bilərsən. Küçələrin, yolların təmizliyinə uca çinar ağacları da xüsusi gözəllik qatır. Ağdaşlılar mehribanlığı, qonaqpərvərliyi ilə ilk ünsiyyətdəncə diqqəti çəkirlər. Şəhərin həmişə səliqə-sahmanlı görünməyi yəqin ki, həm də ağdaşlıların təşəbbüskarlığı, zəhmətsevərliyi, eyni zamanda, yaşadıqları torpağa bağlılığı ilə əlaqədardır.

Son illər Ağdaş rayonunda xeyli tikinti-quruculuq, abadlıq işləri görülüb. Həyata keçirilən sosial-iqtisadi layihələr rayonun simasını dəyişdirərək gözəlləşdirib, insanların gün-güzəranı daha da yaxşılaşıb. Hər bir ağdaşlı yaxşı bilir ki, bütün bu nailiyyətlərin arxasında dövlətin, həmçinin dövlət başçısı İlham Əliyevin yetərli diqqət və qayğısı dayanır. Ağdaşlılar da dövlət dəstəyini böyük şükranlıq və minnətdarlıq duyğuları ilə qarşılamaqla yanaşı, daha əzmkar və işgüzar olmağa çalışırlar.

Abad kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi

Ağdaş davamlı inkişafın yeni ünvanıdır


Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
11 may 2021-ci il tarixdə rayonun Abad kəndindən olan birinci Qarabağ və Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan döyüşçülərin portretlərinin əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və şəhidlərin doğmaları iştirak ediblər.
Şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.
Allah rəhmət eləsin!

Şəhid ailələri və yaralı hərbiçilərin problemləri aradan qaldırılır

Ağdaş davamlı inkişafın yeni ünvanıdır


“YAŞAT” Fondunun nümayəndələri Ağdaş Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə rayonun Ağcayazı kəndində şəhid ailəsini, Abad və Yeniarx kəndlərində isə yaralı hərbiçiləri ziyarət etmiş, problemləri ilə maraqlanmış, onların məişət şəraitinin yaxşılaşdırılması və zəruri ehtiyaclarının qarşılanması məqsədilə hər birinə maddi yardım göstərilmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər