Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb

Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb







Cəbhə xəttində Ağdamın inkişaf və abadlığı düşmənin gözdağına çevrilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Ağdamda da qabarıq şəkildə büruzə verir.

Hazırda Ağdam inkişaf yoluna qədəm qoyub və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır. Bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son bir neçə il ərzində ölkədə 800 mindən artıq yeni iş yerləri açılıb, yoxsulluq 11 faizə qədər endirilib. Bununla yanaşı, regionların inkişafı üçün görülən işlər öz müsbət nəticələrini göstərir və hazırda Azərbaycanın regionları inkişaf səviyyəsinə görə şəhərlərdəki inkişaf tempinə yaxınlaşmaqdadır. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət proqramlarının uğurla icra olunmasının rolu danılmazdır.
Həyata keçirilən siyasətin uğurlu nəticələri Ağdam rayonunda da özünü açıq-aşkar göstərməkdir. Düşmənlə sərhəddə yerləşməsinə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində böyük fəlakətlərə düçar olmasına və ərazisinin 77,4 faizi işğal altında olmasına baxmayaraq, əhalisinin 79,8 faizi məcburi köçkün həyatı yaşayan Ağdam rayonu Dövlət Proqramlarının icrası nəticəsində görkəmini köklü surətdə dəyişib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursunun təməl prinsipini ölkənin iqtisadi imkanlarının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi təşkil edir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, dövlətin maddi gəlirləri artdıqca, bu, birbaşa insanların rifah halının yaxşılaşdırılmasında özünü göstərir. Eyni zamanda, əldə olunan gəlirlər vətəndaşların rahatlığını təmin etmək məqsədilə infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilir, ən ucqar kəndlər belə enerji ilə təmin olunur. Ağdam rayonunun da enerji ilə fasiləsiz təmin olunması üçün mühüm tədbirlər görülməkdədir.

Son bir neçə ildir ki, Azərbaycanda geniş tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Bu gün respublikamızın hər bir yerində böyük tikinti meydançaları quraşdırılıb, geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Ağdam rayonunda da, son illər ərzində görülən işlər rayonun görüntüsünü xeyli dəyişdirib, rayon müasirləşib. Belə ki, ilk növbədə, Rayon Mərkəzi Xəstəxanası və Rayon Mədəniyyət və Turizm şöbəsinin həyətyanı sahələrində quruculuq işlərinə başlanılıb. Hazırda rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində rayon “Veteranlar evi”, rayon Təhsil şöbəsinin inzibati binası, Quzanlı qəsəbəsində uşaq bağçası üçün bina, rayonun girişində Xaçınçayı üzərində milli ornamentlərlə bəzədilmiş və müasir üslubda simvolik “Giriş qapısı” inşa edilib, qədim tarixə malik Soltanbud təpəsi üzərində Azərbaycanın Milli Bayrağı ucaldılıb, dövlətimizin xəritəsi çəkilib. Gələcəkdə bu işin daha mütəşəkkil təşkili məqsədi ilə rayonun Eyvazlı kəndinin yaxınlığında 5 hektar torpaq sahəsində şitillik təsərrüfatı yaradılmasına başlanılıb.
Bunlarla yanaşı, rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı bərpa və təmir işləri aparılıb. Rayonda Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin inzibati binası, Statistika İdarəsinin inzibati binası, Kapital Bankın Ağdam rayon filialının inzibati binası, Ağdam Olimpiya İdman Kompleksi, yeni məktəblər, tibb ocaqları tikilərək istifadəyə verilib.
Ağdam şəhəri ğözəl və iri parkları, yaraşıqlı istirahət guşələri ilə seçilirdi. Quzanlı qəsəbəsində Heydər Əliyev prospektini böyüdüb abadlaşdırmaqla yanaşı, Bərdə səmtə çıxışda 1500 metr məsafədə yaraşıqlı bir xiyaban da salırıq, müasir bir istirahət zonası yaradırıq. Bu həm Ağdamda itirdiklərimizi əvəzləməyə, daha yaxşılarını yaratmağa qadir olduğumuzu sübut etmək, həm də adamlar üçün zəruri rahatlığa nail olmaq məqsədi daşıyır. Parkda müasir memarlığın bir çox elementlərindən istifadə olunmaqla iri fəvvarələr də tikilir.

Məşhur Çay Evinin oxşarı Ağdamın ölməzlik, mübarizə və qələbə rəmzi kimi xiyabanda əzəmətlə ucalacaq. Çörək Muzeyini isə, inşallah, tezliklə Ağdamın özündə bərpa edəcəyik. Hələlik, bayaq gördüyünüz kimi, uşaqlı-böyüklü hamı bu xiyabanın salınmasında iştirak edir, hər kollektiv bu işə öz töhfəsini vevir. Bundan əvvəl isə Heydər Əliyev prospektinin Zərifə Əliyeva küçəsindən Hindarx istiqamətindəki hissəsində əsaslı abadlıq işləri aparılmış, yol boyunca divarlar üzlənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, illüstrativ tərtibat təzələnmişdir. Qəsəbənin digər yerlərində, rayonun bütün yaşayış məntəqələrində tikinti-abadlıq işləri sürətlə davam etdirilir.

Ağdama işğalın növbəti ildönümündən doğan acı xatirələr, dərin təəssüf, rayon ərazisinin üçdə ikisinin itirilməsinə bais olanlara nifrət duyğuları ilə gəlsək də, görülən işlərdən, adamların sabaha inamı böyük nikbinlik doğurur. Ağdam düşmənə gözdağı kimi dikəlir, dostlara sevinc gətirir. Tarixlər şahidi Soltanbud təpəsinin zirvəsindəki üçrəngli bayrağımız, sanki, düşmənə güc və əzəmətimizi nümayiş etdirir, soydaşlarımızın yurd sevgisini və böyük ümidlərini dalğa-dalğa ətrafa yayır…

Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıb
Ağdamda quruculuq və abadlıq işləri geniş vüsət alıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər