Daşkəsən Əhəd Abıyevin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub

Daşkəsən Əhəd Abıyevin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub






















Son illər Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illər Daşkəsən rayonunda görülən işlər də diqqəti cəlb edir. İcra başçısı Əhəd Abıyev Prezidentin göstərişlərini, qarşıya qoyulan tapşırıqları mükəmməl icra edir.

Daşkəsəndə rayondaxili yolların yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına uzunluğu 47,4 kilometr olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunub. Hazırda rayonda əlvan metal, filiz və əhəng daşı hasilatı uğurla davam edir. Daşkəsən şəhərində isə kanalizasiya, küçələrin işıqlandırma sistemləri yenidən qurulub, 20 yaşayış binasında bərpa-gücləndirmə işləri aparılıb, mədəniyyət evinin, yaşayış binalarının dam örtükləri təmir edilib, Bayraq meydanı yaradılıb.
Daşkəsəndə Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi də layiqincə əbədiləşdirilib. Ümummilli liderin adını daşıyan park daşkəsənlilərin ən sevimli istirahət yerlərindən biridir. Daşkəsən şəhərinin mərkəzində ulu öndərin abidəsi ucaldılıb.

Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsəndə də 2015-ci ilin ötən dövründə iqtisadi və sosial sferada müsbət nəticələr əldə olunub. Xüsusən iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb.

Qazanılan uğurlarda Azərbaycanın hər bir iqtisadi zonasının, hər bir şəhər və rayonunun böyük rolu var. Dağlar qoynunda yerləşən Daşkəsən də ölkəmizin inkişafına öz layiqli töhfələrini verməkdədir.

Bütün bunlar bir daha onu təsdiqləyir ki, Daşkəsənin potensialı böyükdür. İndi bütün qüvvələr səfərbərliyə alınıb. Rayon həyatının hər sahəsində, dağlar diyarının hər guşəsində qızğın iş gedir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq dağlar diyarı Daşkəsən yüksəliş yolunun yeni mərhələsinə qədəm qoyub.

Daşkəsən Əhəd Abıyevin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub
Daşkəsən Əhəd Abıyevin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub
Daşkəsən Əhəd Abıyevin rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyubБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər