Azərbaycanda şirkət işçiləri etiraz etdi - Foto

Azərbaycanda şirkət işçiləri etiraz etdi - Foto
















İşçilər artıq bir neçə aydır ki, maaşlarını ala bilmir

Cəlilabadda şirkət işçiləri etiraz aksiyası keçirib.

İstiPress-ə daxil olan məlumata görə, bu gün səhər saatlarında yeni ipək yolunun çəkilişini həyata keçirən “KOLEN” şirkətinin bir qrup işçisi maaşlarını ala bilmədikləri üçün şirkətin Stansiya adlanan yaşayış məntəqəsindəki ofisinin qarşısında toplaşıblar.

İşçilərin sözlərinə görə, yolun çəkilişində müxtəlif sahələrdə çalışan işçilər artıq bir neçə aydır ki, maaşlarını ala bilmir. Dəfələrlə şirkət rəhbərliyindən bunun səbəbini soruşsalar da, dəqiq məlumat verilməyib.

Aksiyaçıların tələbi ilə şirkət rəhbərliyi onlarla görüşüb və işçilər Lənkəran rayonundakı nümayəndəliyə dəvət olunub.

Məlumata görə, Kolen şirkəti vergidən yayınmaq üçün işçilərin maaşını nağd şəkildə verirmiş. Bildirilib ki, artıq bundan sonra işçilərin maaşları plastik kartlarla Bank Of Baku tərəfindən veriləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər