Azərbaycanı beş şirkət tərk edir

Azərbaycanı beş şirkət tərk edir














Azərbaycanda fəaliyyət göstərən beş xarici şirkət filialının ləğv olunduğu bildirilir

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Filiallardan biri “Distrilab” Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Filialı ləğv olunan 2-ci şirkət “Buz Alen Hamilton İnc.”dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi, 96 (“The Landmark-1” Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq.

Azərbaycanı tərk edən 3-cü şirkət “Grundfos Pompa Sanayi ve Ticaret Ltd.” şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96A ünvanında irəli sürə bilərlər.

Ləğv olunan daha bir filial “Niko İnternational Ltd.” şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32/37 ünvanında baxacaq.

Sonuncu, “Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər