“Unibank” itkin düşmüş neftçilərin kredit borclarını sildi

“Unibank” itkin düşmüş neftçilərin kredit borclarını sildi







Bəzi banklar dekabrın 15-də “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsində baş vermiş hadisədə həlak olmuş və itkin düşmüş neftçilərin borclarını silib

Fim.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Unibank”ın Müşahidə Şurasında bu məsələ müzakirə olunub və bank rəhbərliyi faciə nəticəsində həlak olan və itkin düşən neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanmasına qərar verib.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həlak olan və itkin düşən neftçilərdən 3 nəfəri “Unibank”ın müştərisidir.

Bununla əlaqədar olaraq, faciədə həlak olan və itkin düşən neftçilərin ailə üzvlərindən xahiş olunur ki,”Unibank”ın Rəşid Behbudov ünvanında yerləşən baş ofisinə müraciət etsinlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər