Dağlıq Qarabağ münaqişəsində 3811 nəfər itkin düşüb

Dağlıq Qarabağ münaqişəsində 3811 nəfər itkin düşüb







Bu şəxslərdən 61-i uşaq, 255-i qadın, 304-ü isə qocadır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3811 nəfər itkin düşüb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, qeydiyyata alınan həmin şəxslərdən 3098 nəfəri hərbçi, 713-ü mülki şəxs, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaq, 255-i qadın, 304-ü isə (158 nəfər qadın) qocadır.

Bundan başqa, 877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçi, 282-si mülki şəxs, eləcə də 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaq, 99-u qadın, 114-ü isə (65 nəfər qadın) qocadır.

Eyni zamanda, əsir və girovluqdan azad edilən şəxslərin sayı isə 1436 nəfərdir. Onlardan 351-i hərbçi, 1 085-i mülki şəxs, eləcə də 210-u (74 nəfər qız, 136 nəfər oğlan) uşaq, 341-i qadın, 258-i isə (108 nəfər qadın) qocadır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslərdən 3734 nəfəri Azərbaycan tərəfindən, 780 nəfəri isə erməni tərəfindəndir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər