Bakıda körpüdə dayanan bu şəxs sürücüləri güdüb yol polisinə xəbər verir - FOTO

Bakıda körpüdə dayanan bu şəxs sürücüləri güdüb yol polisinə xəbər verir - FOTO












Sosial şəbəkələrdə yayılan fotolar və məlumat sürücülər arasında çaşqınlıq yaradıb.

Bakıda körpülərin birinin üstündə dayanan mülki şəxs körpüdən çıxan avtomobilləri izləyir, qayda pozanların nömrəsini qarşıda dayanmış yol polisinə ötürür və həmin avtomobil saxlanılır. Sürücüyə "avtoş" damğası vurulandan sonra maşın cərimə meydançasına aparılır. Lakin sürücülərin əksəriyyəti fakt, görüntü tələb etdikdə yol polisləri onları buraxır.

Feysbukda "9192" adlı səhifədə yayılan bu məlumatı Cavid İsmayılov adlı şəxs paylaşıb. Həmin məlumata yazılan şərhlərdə onlarla sürücü bunun həqiqət olduğunu və onların da başına belə hadisənin gəldiyini yazıb. Qeyd ediblər ki, onları əsasən DYP əməkdaşları saxlayırlar:

"Artıq bir neçə aydır şəhərdən üzü "Koroğlu" metrosu istiqamətində gedəndə Ziya Bünyadov (Dərnəgül şosesi) prospektində tunelin çıxışında yuxarı tərəfdə bir gənc durub avtomobilləri izləyir. Uzun müşahidələrimdən sonra məlum olub ki, bu gənc oradan baxır və düzgün manevr etməyən, azca sürətlə ötmə əməliyyatı edən şəxslərin nömrəsini YPX əməkdaşlarına verir. Onlar da qarşıda maşını saxlayıb avtoxuliqanlıqda günahlandırırlar. Görüntü tələb etdikdə təqdim edə bilmirlər və sürücüləri dəvət edirlər "rəislə" aydınlaşdırmağa. Bu adla maşını cərimə meydançasına salırlar və külli miqdarda pul tələb edirlər. Bu şəxs əsasən pik saatlarda orada dayanır".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər