Rəqsanə: "Anam dedi ki, Elzaya baş qoşma..."

Rəqsanə: "Anam dedi ki, Elzaya baş qoşma..."















Müğənni Rəqsanə İsmayılova əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

İfaçı bildirib ki, boş-boş yaradılan qalmaqallar ona lazım deyil:

"Neçə gündür ki, məni istəyən dəyərli dostlarım yazırlar ki, niyə Elza Seyidcahana cavab vermirsiniz? Bu həyatda hər birimiz qonağıq. Allah bizə ağıl, dərrakə verib. Elza anadır və iki övladı var, onu istəyən insanlar mövcuddur. Əgər o, xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün çıxmır. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik, bir millətik. Düşmən deyilik ki, bir-birimizi qıraq. Mən bu haqda Elza xanımın özünə yazdım. Heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdandır.

Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. İki övladım var, onları düşünürəm. Bizim o yaşımız deyil, ayıbdır. Onsuz da səhvimiz çox olur. Elza xanımın etdiyi günahı, səhvi Allah bağışlasın. Anamın fikirləri mənim üçün çox önəmlidir.

O mənə dedi ki, bala, nə deyib, Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin, siz də mənim fikirlərimi yaxsı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir.
Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar".

Xatırladaq ki, Elza Seyidcahan Rəqsanə İsmayılovanın şou-biznesə dərəbəylik gətirdiyini iddia etmişdi:

"Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşınalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir".

///qafqazinfo
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər