Elza Seyidcahan şikayətini geri götürdü

Elza Seyidcahan şikayətini geri götürdüNoyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Qasımova (Seyidcahan) seçkilərlə bağlı şikayətindən imtina edib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.

E. Seyidcahan bu gün yazılı ərizə ilə MSK-ya müraciət edərək şikayətini geri götürüb. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников