Menyuda at əti var - 120 illik biznes...

Menyuda at əti var - 120 illik biznes...











Almaniyada 120 ildən çoxdur ki, “Alfred Bredel” firması yalnız at əti və bu ətdən hazırlanan məhsulları satmaqla məşğuldur. Satdıqları ətə başqa ad qoymağı isə təbii ki, ağıllarına da gətirmirlər. Əslində bu heç sərf eləməz. At əti və bu ətdən hazırlanan məhsullar mal ətindən, xüsusən də donuz ətindən xeyli bahadır. Təzə at əti 10 avroya, ondan hazırlanan kolbasanın kilosu isə 17-18 avroya satılır. Firmanın dükanındakı çeşidlər də rəngarəngdir.

Dükanın arxasında isə ət sexinin özü yerləşir. Elə burda təzə at ətini təyinatına uyğun olaraq hissələrə ayırırlar. Bəziləri təzə halda satılır, bəzilərini böyük tikə halında hisə verir, bəzilərindən isə kolbasalar hazırlayırlar. Bütün məhsullar gigienik qaydalara uyğun yerdə saxlanılır və burdan satışa çıxarılır. Ailə biznesi olan “Alfred Bredel” firmasının indiki sahibi Torsten Bredel ən çox satılan məhsuldan, at ətinin fərqindən və daimi müştərilərindən danışdı.

Menyusundə at ətindən xörək olan restoranlardan birinə baş çəkdik. Restoranın həm sahibi, həm də baş aşpazı olan alman menyudakı xörəyi hazırladı və barəsində məlumat verdi.

Qiyməti 14 avro olan bu yeməyi tez həzm olunduğuna görə daha çox yaşlı adamlar sifariş edir. Restoran sahibi deyir ki, 60, 70-ci illərdə at ətindən yeməklər daha populyar olub. İndiki nəsil isə ümumiyyətlə ət yeməklərinə çox maraq göstərmir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər