Azərbaycanda 1 litr süd 100 manata satılır

Azərbaycanda 1 litr süd 100 manata satılırYevlaxda 1 litr uzunqulaq südü 100 manata satılır.
Lent.az-ın Region TV-ə istinadən məlumatına görə, Yevlax rayonunun Varvara kəndində yaşayan Elməddin İskəndərov 5 ildir ki, bir çox xəstəliklərə dərman olan uzunqulaq südünün satışı ilə məşğuldur. O deyir ki, bu heyvan hər sağımda təxminən 50 qram süd verir. Südün 10 qramını isə 1 manata satır.
Alıcıların arasında Yevlax sakinləri ilə yanaşı, digər rayonlardan gələnlər də olur: "Şəki, Qax, Zaqatala və digər yerlərdən gəlirlər".
Həkim Bahar Quliyeva isə bildirir ki, uzunqulaq südü orqanizmin müqavimətini artırır. Bu südün tərkibində olan protein, kalsium, lizosin, laktoloza kimi zülallar bir sıra xəstəliklərin müalicəsi üçün mühüm əhəmiyyət kəsb edir: "Dəri xəstəliklərində uzunqulaq südündən istifadə çox məsləhətlidir. Allergik xəstəliklərdə, bronxial astmada böyük rol oynayır. Son tədqiqatlara görə, uzunqulaq südü xərçəng xəstəliyinin, mədə-bağırsağın kompleks müalicəsində böyük əhəmiyyət kəsb edir. Bu süddən qızılca xəstəliyi zamanı uşaqların immunitetini qaldırmaq üçün istifadə edilir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников