![AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi](https://olke.az/photo/770x415/2024/07/02/1719871710_66832716cd26366832716cd264171987125466832716cd26166832716cd262.jpg)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0.
“Frankfurt Arena” gerçəkləşən qarşılaşmada qalib penaltilər seriyasında bəlli olub.
Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.