![Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO](https://olke.az/photo/770x415/2024/07/03/1719986945_telebe-tehsil.jpg)
Azərbaycanda minaya düşərək ayağı amputasiya olunan gənc magistraturaya qəbul olub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
H.Əlizadənin 65 balla Xəzər Universitetinə qəbul olduğu bildirilir.
Qeyd edək ki, H.Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. O, Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.
Tərtər rayonunun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu bu il fevralın 4-də həmin rayonun Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Hadisə nəticəsində onun sol ayağı amputasiya edilib.
![Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO](https://olke.az/file/articles/2024/07/03/1719986885_449769996_790342043245727_8445551903765464626_n.jpg)