Bakıda aeroport yolunda səkkiz avtomobil toqquşdu

Bakıda aeroport yolunda səkkiz avtomobil toqquşdu












Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, keçmiş “Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər