"Range Rover" at arabası ilә toqquşdu: ölən və yaralananlar var

"Range Rover" at arabası ilә toqquşdu: ölən və yaralananlar var








Bu gün sәhәr saatlarında Gәndob-Yalama yolunun 23-cü km-dә, Xaçmaz rayonu әrazisindә yol-nәqliyyat hadisәsi baş verib. APA-nın şimal bürosunun verdiyi mәlumata görә, "Range Rover" markalı avtomobil at arabası ilә toqquşub.
Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb.
Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.
M. Mansurovun vәziyyәti ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər