Kamaləddin Qafarov: “Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır”

Kamaləddin Qafarov: “Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır”


“ Ölkəmiz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir. 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edən Cümhuriyyət şanlı dövlətçilik tariximizi müstəsna dərəcədə zənginləşdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin planlarını pozmuş oldu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olundu, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı.”

Bu sözləri AXC-nin yaranmasının 106-cı ildönümü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, Cümhuriyyətin yaradıcılarına ən böyük dəyəri məhz Ümummilli Lider Heydər Əliyev vermişdir: “ Ulu Öndər keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. AXC-nin öz istiqlalını dünyaya yaydığı 28 May günü də ölkəmizdə Respublika günü kimi hər il təntənə ilə qeyd edilir. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, Cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir. Məhz bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı.”

K.Qafarovun fikrincə, təəssüf ki, ötən əsrin sonlarında öz müstəqilliyini ikinci dəfə bəyan edən Azərbaycan Respublikası da 1993-cü ildə AXC-nin faciəli taleyini yaşamağın bir addımlığında idi. “Lakin bu dəfə xalqın təkidli tələbi ilə ölkənin hakimiyyət sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası bu fəlakətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolda atılmış ilk önəmli addım oldu. Ulu Öndər Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Bu gün isə Azərbaycanda Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Ölkə Prezidenti cənab İlham Əliyev son 21 ildə respublikamızın dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafını təmin etmiş, beynəlxalq mövqeylərinin getdikcə möhkəmlənməsinə nail olmuşdur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və müstəqil xarici siyasət kursunun nəticəsi olaraq, Azərbaycan bu gün Avropa Birliyinə üzv dövlətlər üçün ən arzuolunan strateji tərəfdaş ölkələrdən birinə çevrilib. 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərimiz və keçən ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Bu gün Azərbaycan artıq sadəcə özünün deyil, eləcə də bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir və bölgədə dayanıqlı sülhün təmin olunması üçün bütün zəruri addımları atır” .Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər