Tramp planetə təhlükədir - Bayden

Tramp planetə təhlükədir - Bayden


Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır.

Bu fikri çərşənbə axşamı Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası tədbirində çıxış edən ABŞ-nin hazırkı prezidenti Co Bayden deyib.

“O, (yəni Tramp) planet üçün təhlükədir. Sadəcə, Tramp insanlara deyib ki, ona bir milyon dollar versələr, nə istəsələr, verəcək”, - Bayden qeyd edib.

O əlavə edib ki, Trampın 2016-cı ildə heç kimin puluna ehtiyacı olmadığını desə də, indi tamamilə fərqli situasiyadadır. "O, indi o qədər çarəsizdir ki, İncilin nüsxələrini və qızıl ayaqqabıları satır”, - Bayden bildirib.

Qeyd edək ki, cari ilin martın sonunda Qriqorian təqviminə görə ABŞ-də qeyd olunan Pasxa bayramında Tramp İncilin nüsxələrini 60 dollara satmağa başladı. Fevralın ortalarında eks-prezident qızıldan olan idman ayaqqabısını 399 dollara satıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər