Tramp: Müsəlmanlar ABŞ üçün böyük təhlükədir

Tramp: Müsəlmanlar ABŞ üçün böyük təhlükədir















“Biz bununla bağlı nə isə etməliyik”

Müsəlmanlar ABŞ-ın təhlükəsizliyi üçün ciddi problem kəsb edirlər və buna görə də, onların ölkə ərazisinə buraxılması məhdudlaşdırılmalıdır.

Belə bir bəyanatla çərşənbə axşamı Viskonsin ştatında seçiciləri ilə görüşdə ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp bildirib.

“Minlərlə müsəlman bizim ölkəmizə gəlir, biz isə onların kim olduğunu bilmirik”, - deyə milyarder iddia edib.

“Bu, təhlükəsizliyimiz üçün böyük problemdir”, - deyə o əlavə edib və müvəqqəti olaraq sərhədlərin müsəlmanların üzünə bağlanılmasını təklif edib.

O həmçinin qeyd edib ki, amerikalılar “ayıq-sayıq olmalıdırlar” və növbəti dəfə məscidlərə, müsəlman icmalarına nəzarəti gücləndirməyə çağırıb.

“Belə yerlərdə radikallaşma baş verir və biz bununla bağlı nə isə etməliyik”, - deyə Tramp bildirib.

O, müsəlmanların törətdikləri cinayətlərdən söhbət gedərkən “siyasi düzgünlük normalarını kənara qoymağın” zəruriliyini qeyd edib.

Ümumiyyətlə, müsəlmanlara etibar edib-etməməsi barədə sualı isə Tramp belə cavablandırıb: “Güman edirəm ki, bəzilərinə bəli, etibar edirəm, bəzilərinə isə yox”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər