Paşinyan hakimiyyətdən getsə, imzası etibarsız olacaq, ona görə də...

Paşinyan hakimiyyətdən getsə, imzası etibarsız olacaq, ona görə də...


Ermənistan Baş naziri Nikol Paşinyan son günlərdə yaxın bir ayda sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, konstitusiyaya dəyişiklikdən imtina etməsi, İrəvanın sülhə hazır olmadığını göstərir.

Bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən ikinci növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

"Hansı ki həmin konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası nəzərdə tutulur. Bu, bir daha onu göstərir ki, Ermənistan sülh müqaviləsi imzalamaqda maraqlı deyil. Azərbaycanın isə sülh müqaviləsinin imzalanmasında ən əsas şərti Ermənistan konstitusiyasına dəyişikliklərin edilib oradan qonşu ölkələrə qarşı ərazi iddiası çıxarılmasıdır. Bu olmadan hər hansı dayanıqlı sülhdən danışmağa dəyməz. Çünki sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, hakimiyyətə gələn şəxs Paşinyanın imzasını etibarsız elan edəcək. Odur ki, Paşinyan sülh istiqamətində iki addım irəli atsa da, bir addım geri atmaqla məşğuldur. Yalnız konstitusiyaya dəyişiklik sülh istiqamətində atılan addım olar və bu sülhün imzalanması üçün yeni şərait yaradar”, - o qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər