Ruben Bakıya bu cür girmək istəyirmiş - Sirr açıldı

Ruben Bakıya bu cür girmək istəyirmiş - Sirr açıldı


"Ameriabank"ın alıcısını Gürcüstan vasitəsilə Ermənistanın maliyyə bazarına daxil olmağa çalışan Türkiyə-Azərbaycan kapitalının dəstəklədiyi istisna deyil.

Bu sözləri "Alternativ" Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı alim Tatul Manaseryan Ruben Vardanyanın bankının Gürcüstan bankı tərəfindən alınması haqda danışarkən deyib.

O, Bakıda həbsdə olan separatçı, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın təşəbbüsü ilə uzun illər əvvəl edilən sövdələşmə cəhdini xatırladıb:

"Vardanyan qurduğu "Troyka Dialoq" təşkilatının köməyi ilə Bakıdakı neft quyularından birini əldə etməyə çalışırdı. Biz ermənilərdən fərqli olaraq, azərbaycanlılar bunun arxasında kimin dayandığını, hansı kapital olduğunu və bu kapitalın Azərbaycana nə üçün girməyə çalışdığını anlamağa çalışırlar. Nəticədə azərbaycanlılar bu sövdələşməni qadağan etdilər və anlaşmanı pozdular".

O bildirib ki, Ruben Bardanyanın bankının o vaxtdan nəzarətdə olduğunu istisna etmir:

"Yəni bizdə başqa bank yoxdur? 20-dən çox bank var, qoy istənilən başqa bankı alsınlar, halbuki onları daha ucuz ala bilərlər. Niyə məhz bu bank?"

Manaseryanın sözlərinə görə, Ermənistanın bank sistemində banklara bank sirrini saxlamağa imkan verən müxtəlif ödəniş və məlumat ötürmə sistemləri mövcuddur:

"Unutmayın ki, bank sirri dövlət sirrinin bir hissəsidir. Bu vəziyyətdə bu cür "xoş gəldin!" çox ağır nəticələr verə bilər. Hər şey dəyişir, dünya nizamı dəyişir, amma türk heç vaxt dəyişməyəcək. Onun arzuları və məqsədləri çox dəyişmir".

O, Ruben Vardanyanın azadlığa buraxılması üçün "Ameriabank" sövdələşməsinin fidyə ola biləcəyi ilə bağlı ehtimalı sadəlövhlük adlandırıb və belə bir varianta inanmadığını bildirib.

Qeyd edək ki, "Bank of Georgia Group" "Ameriabank"ın əsas səhmlərini almaq niyyətini açıqlayıb. Bankın hazırkı səhmdarları arasında 10% pay Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq. İlkin məlumatlara görə, "Ameriabank"ın satışı üzrə əməliyyatın məbləği 303,6 milyon dollar təşkil edir.

Əməliyyat həmçinin tərəflərin səhmdarlarının ümumi yığıncaqları və tənzimləyici orqanlar, o cümlədən Ermənistan Mərkəzi Bankı tərəfindən təsdiqlənməlidir. Manaseryan əminliklə bildirib ki, Ermənistan Mərkəzi Bankı bu əməliyyatı təsdiqləyəcək.

"Ameriabank"ın səhmdarları sırasında 48,82 faizlə "Imast Group" şirkəti (Ruben Vardanyanın təsis etdiyi keçmiş "Ameria Group"), 17,71 faizlə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (13,91%), eləcə də 12,05 faizlə ESPS Group (buraya bir sıra Ameria Group menecerləri daxildir) var.

© Axar.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər