Vardanyana növbəti zərbə

Vardanyana növbəti zərbə


Gürcüstanın Bank of Georgia (BOGG) bankı, sahiblərindən biri Ruben Vardanyan olan Ermənistanın "Ameriabank"ın səhmlərinin 100%-ni almaq niyyətində olduğunu açıqlayıb.
Gürcüstan bankı "Ameriabank"ın 90%-ni alacaq, qalan 10%-i səhmdarların opsion müqaviləsinə uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) saxlanacaq.

Bu barədə BOGG saytında bildirilir.

Məlumatda bildirilir ki, satışın əməliyyat məbləği təqribən 303,6 milyon ABŞ dolları təşkil edəcək.

Ən son açıq məlumatlara görə, "Ameriabank"ın əsas səhmdarları arasında 2023-cü ildə həbs edilərək Bakıya gətirilən separatçı Ruben Vardanyan da var. Ona məxsus "Imast Group" (CY) Limited şirkəti bankda 48,8% səhmə malikdir.

Mesrop Arakelyan öz feysbuk səhifəsində yazıb ki, Vardanyanın bankla heç bir əlaqəsi yoxdur.

"Ruben Vardanyanın 48,8% payı "İmast Group" şirkətinə verilib. Heç bir səhmdarın təkbaşına belə məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur", - Arakelyan qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər