Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub – FOTO + VİDEO

Rusiyada məşhur azərbaycanlı iş adamının oğlu həlak olub – FOTO + VİDEO












Hadisə yerində yol polis briqadası işləyir

Açinskdə (Rusiyanın Krasnoyarsk vilayəti) iyulun 18-də dəhşətli yol qəzası baş verib, qəza zamanı avtomobillərdən birinin sürücüsü ölüb.

Rusiya KİV xəbər verir ki, faciə Açinskin Nazarov istiqamətində çıxışda “Ulıbka” kafesinin yaxınlığında baş verib.

İlkin versiyaya görə, “Range Rover” avtomobilinin 26 yaşlı sürücüsü qarşı hərəkət istiqamətinə çıxaraq “VAZ-2114” avtomobili ilə toqquşub.

Toqquşmadan sonra maşın yol kənarında olan sütuna çırpılıb. Xarici markalı avtomobilin sükanı arxasında olan sürücü hadisə yerində ölüb. Yerli avtomobilin 21 yaşlı sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Avtomobillərdə sərnişin olmayıb.

Hadisə yerində yol polisi briqadası işləyir, qəzanın baş vermə səbəbləri və təfərrüatları araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs, tanınmış iş adamı, əslən azərbaycanlı olan Rüstəm Bayramovun oğlu Tural Bayramovdur.

Tural özü inşaat işləri ilə məşğul olan “Kaspian servis” MMC-nin direktoru və təsisçisi idi.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər