İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovdur.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlkin İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən direktor İlkin İsmayılov 31 il bundan öncə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib. O, xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatırlandığını bildirilib.
Sonra Xocalı soyqırımına dair hazırlanmış qısa film nümayiş etdirilib.


İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər