Lerik rayonunda silsilə tədbirlər davam edir

Lerik rayonunda silsilə tədbirlər davam edir


Növbəti səyyar qəbul Murya kəndində keçirilib

Lerik rayonunda silsilə tədbirlər davam edir


20 dekabr 2023-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Murya kəndində keçirib.

Qəbulda Milli Məclisin deputatı, millət vəkili İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri , Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Livədirqə, Əvilə, Qədimkücə, Mastail, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Həmçinin rayon rəhbəri işğaldan azad olunan ərazilərimizdə və Lerik rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Lerik rayonunda silsilə tədbirlər davam edir
Lerik rayonunda silsilə tədbirlər davam edir
Lerik rayonunda silsilə tədbirlər davam edir
Lerik rayonunda silsilə tədbirlər davam edir


Lerik rayonunda sahibkarlarla görüş keçirilib, KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib

Lerik rayonunda silsilə tədbirlər davam edir


Lerikdə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar dekabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının və rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunan görüşdə biznesin ehtiyaclarına, sahibkarların qarşılaşdıqları çətinliklərə dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib.

Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək rayonda biznes fəaliyyəti barədə məlumat verib. KOB dostunun rayonda mikro, kiçik və orta biznes subyektlərinin inkişafına dəstək olacağına əminliyini bildirib. Qeyd edib ki, Lerik rayonu əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Burada turizm, heyvandarlıq və arıçılıq kimi sahələrdə biznes fəaliyyəti üçün də imkanlar genişdir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Lənkəran-Astara iqtisadi rayonunda biznes üçün potensial, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə yeniliklər, o cümlədən KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətləri barədə məlumat verib. Bildirib ki, regiondakı 5 KOB dostu ofisi bölgədə yeni bizneslərin yaradılması, mövcud sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, iş adamlarının problemlərinin həlli və qanuni maraqlarının müdafiəsi istiqamətində dəstək göstərir. Bölgədə sayca 5-ci KOB dostu ofisinin Lerikdə fəaliyyətə başlaması ilə KOB dostu şəbəkəsi Lənkəran-Astara iqtisadi rayonuna daxil olan 6 inzibati rayondan 5-ni əhatə etdiyini, KOB dostları fəaliyyət göstərdikləri ərazi ilə yanaşı, ətrafdakı şəhər və rayonların sahibkarlarına da xidmət etdiyini vurğulayıb.

Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları Lerik Rayon İcra Hakimiyyətinin inzibatı binasında yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Lerik rayonunda silsilə tədbirlər davam edir
Lerik rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər