Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir

Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Köçərli Həsənov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Köçərli Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir

Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyaları keçirilir.

Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunmuş növbəti ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ meyvə və həmişəyaşıl ağaclar əkilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir


Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir

İçməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi və sudan qənaətlə istifadənin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu sahədə abonentlərin, xüsusilə də, həyət evlərinin sayğaclaşdırılması mühüm əhəmiyyət daşıyır. İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının, eləcə də Su Ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planının icrasını təmin etmək məqsədilə sayğaclaşma işləri sürətləndirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Bakıətrafı qəsəbələrdə yerləşən həyət evlərində su sayğaclarının quraşdırılması işləri aparılır. Bu ilin sonunadək 10 mindən çox sayğacın quraşdırılması nəzərdə tutulub. Qısa müddət ərzində 2 mindən çox sayğacın quraşdırılması təmin edilib.

Qeyd edək ki, bina evləri ilə müqayisədə həyət evlərində su sərfiyyatı daha çox olur. Sayğac olmayan həyət evlərində hesabat faktiki yaşayanların sayına uyğun aparılır ki, bu da uçotun tam dəqiq olmasına imkan vermir. Xüsusilə yay alarında suvarma dövründə həyət evlərində istifadə olunan suyun həcmi hesabatlardan qat-qat çox olur. Aparılan araşdırmalar və təhlillər göstərir ki, sayğacla təmin olunmayan həyət evlərində sudan israfçılıqla istifadə edilir və aylıq sərfiyyat sayğaclı abonentlərlə müqayisədə xeyli çoxdur.

Təhlillər göstərir ki, sayğac quraşdırılan ərazilərdə ümumilikdə istifadə olunan suyun həcmi azalır, satılan suyun həcmi isə əksinə artır. Bu da son nəticədə itkilərin aşağı salınmasına gətirib çıxarır.

Yeri gəlmişkən, həyət evlərində sayğacların quraşıdırılması dövlət vəsaiti hesabına aparılır və buna görə abonentlərdən heç bir ödəniş tələb olunmur. Vətəndaşlar sayğac quraşıdıran əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşarsa 955 Zəng mərkəzinə müraciət edə bilərlər.

Cari ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC tərəfindən 120 min ədəd sayğac quraşdırılıb. Hazırda abonentlərinin 89,5 faizi sayğacla təmin olunub, əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.



Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər