![Azərbaycan lideri Fransanı müstəmləkəçiliyə görə üzr istəməyə çağırıb Azərbaycan lideri Fransanı müstəmləkəçiliyə görə üzr istəməyə çağırıb](https://olke.az/photo/770x415/2023/11/21/1700545190_ilhamaliyev.jpg)
"Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir".
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: "Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. İnanıram ki, bu müzakirələr kolonializmə qarşı mübarizəmizi daha da dəstəkləyəcək".