Raqub Həsənov: Zəfər yollarının qüdrətli qurucusu

Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu


2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi əsarət altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.

Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Güclü Ordumuzun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu, sübuta yetirdik ki, Qarabağ Azərbaycandır! Zəfər bizimdir!

Tarixi yenidən yazan Vətən Müharibəsi iştirakçılarına dəstək verənlərin arasında Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov da var. Bu qələbəni, zəfəri bizlərə yaşadan Ordumuzla qürur duyuruq!

Vətən uğrunda canını qurban verən şəhidlərin xatirəsini ehtiramla yad edirik.

Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov - Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol-nəqliyyat infrastrukturunu yaradır
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

Azərbaycan xalqı bu gün öz müasir tarixinin ən şərəfli günlərini yaşayır. Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağ torpaqlarına dövlətimizin tam suverenliyinin təmin edilməsi hər birimizi qürurlandırdı, fərəhləndirdi. Bununla Azərbaycan ərazilərində xarici güclərin 200 illik erməni layihəsinə son qoyuldu. Bununla torpaqlarında ikinci erməni dövləti yaratmaq xülyası tamamilə darmadağın edildi. «Miatsum» ideologiyası tarixin zibilliyinə göndərildi.
Bu tarixi qələbələrimizin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Olduqca qürurvericidir ki, cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ildönümünü bu cür möhtəşəm uğurlarla qarşılayırıq.

Azərbaycanın qüdrətli dövlət edən siyasət

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli-strateji inkişaf xəttini müasir dünyamızın reallıqlarına uyğun şəkildə davam etdirərək xalqımıza böyük nailiyyətlər qazandıran Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz milli-dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə qədəm qoymuş, beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanları ilə böyük bir coğrafiyada həlledici söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz bütün inkişaf parametrləri baxımından tarixinin tamamilə yeni mərhələsinə qədəm qoymuşdur. Əlbəttə, insan həyatı üçün 20 il böyük dövrdür. Dövlətin tarixi baxımından isə 20 il çox kiçik zaman kəsiyidir. Amma bu 20 ildə dövlət olaraq o qədər uğurlara imza atmışıq ki, kənardan baxanlar ölkəmizə sadəcə həsəd apara bilərlər. Bu 20 ildə bütün sahələrdə davamlı və dayanıqlı inkişafa nail olan Azərbaycan öz nailiyyətləri ən möhtəşəm nümunələr, xarüqələr yaradıb, regionda lider, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Ona görə haqlı olaraq bu gün biz respublikamız barədə danışarkən tarixin ən qüdrətli Azərbaycanından bəhs edirik. 20 ildə milli iqtisadiyyatımızın 3 dəfədən çox artması, valyuta ehtiyatlarımızın 67 milyard ABŞ dollarını ötməsi, dövlət büdcəmizin 40 milyard manata yaxınlaşması və digər bu kimi makroiqtisadi göstəricilər inkişafın, intibahın real ifadəsidir.
Respublikamızda əldə edilən uğurlarda, xüsusən sosial, mədəni və humanitar sahələrdə dövlət siyasətinin uğurla reallaşmasında və beynəlxalq münasibətlərimizin möhkəmləndirilməsində cənab Prezidentimizin silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük xidmətlər var. Xanım Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə respublikamızda və ölkə hüdudlarından kənarda uğurla reallaşdırılan layihələr həm xalqımızın rifahına, həm də Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə layiqli töhfələr verməkdədir.
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

Bütövlükdə, Prezident İlham Əliyevin bu 20 ildəki fəaliyyətini ümumiləşdirsək görərik ki, Azərbaycanın qüdrətlənməsi, modern dövlətə çevrilməsi və xalqımızın yüksək rifahı ölkə başçısının fəaliyyətinin ilk gündən dəyişməz prioritetləridir. Bütün bunların reallaşmasında Prezident İlham Əliyev kompleks inkişaf siyasəti həyata keçirib ki, bu sırada respublikamızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində görülən işlərin də xüsusi yeri var. Çünki hər bir ölkənin iqtisadi potensialı müxtəlif makroiqtisadi amillərlə yanaşı, onun yol-nəqliyyat kompleksinin inkişaf səviyyəsi ilə qiymətləndirilir.

Mükəmməl yol infastrukturu 20 ilin inkişaf göstəricilərindəndir

Ulu Öndərimiz Heydər Əliyev «Yol – İqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir» - fikri ilə yolu iqtisadiyyatdan inkişafın bütün istiqamətlərinə qədər əsas aparıcı amillər sırasında səciyyələndirmişdir. Ulu Öndərin bu sözləri həm də onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Qürur hissi ilə demək istərdim ki, Ulu Öndərin bu müdrik fəlsəfi anlam daşıyan ifadəsi bütün yol təsərrüfatı işçiləri üçün hər zaman əsas fəaliyyət məramı kimi qəbul olunur.
Azərbaycan yol-nəqliyyat infrastruktunun inkişaf etdirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətti qətiyyətlə davam etdirən möhtərəm cənab İlham Əliyev qısa zaman kəsiyində bu istiqamətdə əsas məqsədlərin praktik müstəvidə reallaşdırılmasına nail olmuşdur. Böyük fəxarət hissi ilə deyə bilərik ki, respublikamızda ötən 20 ilin ən böyük inkişaf göstəricilərindən və mühüm nailiyyətlərimizdən biri modern və ən qabaqcıl standartlara cavab verən kompleks yol-nəqliyyat infastrukturunun formalaşdırılmasıdır.
Bu dövrdə respublikamızda yol-nəqliyyat kompleksinin mühüm əsas tərkib hissəsi kimi avtomobil yollarında da möhtərəm cənab Prezident İlham Əliyev xüsusi diqqət və qayğısı böyük dəyişikliklər baş vermişdir. Respublikamıza rəhbərliyinin ilk illərində Prezident İlham Əliyev yolların yenidən qurulması ilə bağlı demişdir: "Yeni körpülərin tikilməsi, yolların çəkilişi və əsaslı təmiri Azərbaycanda sosialyönümlü tədbirlərin tərkib hissəsidir. Müasir avtomobil yolları şəbəkəsinə malik olmadan iqtisadiyyatda davamlı uğurlar qazanmaq mümkün deyildir. Ölkəmizin iqtisadi imkanları artdıqca bu sahəyə yönəldilən investisiyaların da həcmi artacaqdır".
Geridə qoyduğumuz illərin mənzərəsi göstərir ki, yol infrastrukturunun yenidən qurulması məhz cənab Prezidentin qeyd etdiyi formada baş vermişdir. Həm dövlət proqramları, həm əsaslı investisiya qoyuluşları ilə həm respublika, həm yerli əhəmiyyətli magistar avtomobil yolların, eləcə də şəhərlərarası, rayonlararası, şəhərdaxili yolların təmiri və yenidənqurulması prosesi geniş vüsət almış, respublika əhəmiyyətli yeni yollar inşa olunmuş, tarixən avtomobil yolunun olmadığı ərazilərdə müasir yollar salınmışdır. Ötən 20 ilə nəzər salaq onu da görərik ki, elə ay, bəzən isə elə həftə olmayıb ki, Prezident İlham Əliyev hansısa yolun tikintisi, bərpası və yenidən qurulması barədə sərəncam verməsin. Dövlətimizin başçısı kənddən paytaxtadək hər bir məkanda yol infrastrukturunun ən müasir səviyyədə inşasını vacib sayır və bunu həyata keçirir.Bütün bunların nəticəsidir ki, Azərbaycanda avtomobil yolu infrastrukturu 20 ildə həm yenilənmiş, həm də böyümüşdür.
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

Statistik göstəricilərə nəzər salsaq, 20 ildə bu sahədə görülən işlərin nə qədər geniş və əhatəli olduğunu görə bilərik. 2003-cü ildən indiyə kimi respublikamızda 6.2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5.1 min km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunmuşdur. Bəli, biz bu gün yol infrastrukturu sahəsində görülən işlərdən danışarkən yalnız kəndlərarası yolların yenidən qurulmasından deyil, həm də hər bir rayonda kəndləri birləşdirən yeni yolların salınmasından bəhs edirik. Budur İlham Əliyevin inkişaf siyasətinin mühüm göstəricisi.
Bakı şəhərində bu dövrdə 83 yol ötürücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunmuş, 2 min km-dən çox yol çəkilmiş, yenidən qurulmuş və təmir edilmişdir.
Son illərdə həyata keçirilən iri layihələr kimi 243 km uzunluğunda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, 130 km uzunluğunda Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi, 152 km uzunluğunda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Bütün bunların nəticəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat habına çevrilməsi yönündə mühüm nəticələr əldə edilmişdir.
Bütövlükdə, 20 il ərzində 21 min kilometrə yaxın avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulmuş və təmir olunmuş, 499 körpü və yol ötürücüsü, 114 yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Əgər birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə respublikamızda 115 km təşkil edirdisə, hazırda 1025 km-dir.
Azərbaycan XIX əsrdən başlayan yol tikintisinin ən möhtəşəm inkişaf dövrü məhz son 20 ili əhatə edir. Ən mühüm reallıqlardan biri odur ki, respublikamızda yol infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərin nəticəsi kimi Azərbaycan Cənubi Qafqazın əsas yol-nəqliyyat habına çevrilmişdir. Başqa cür desək, indi Azərbaycan qlobal Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas kəsişmə ünvanlarından biridir. Eyni zamanda bu gün Azərbaycanın avtomobil yolları öz keyfiyyətinə görə ən qabaqcıl standartlar səviyyəsinə yüksəlib və bunu beynəlxalq reytinq qiymətləndirmələri də təsdiq edir. Belə ki, Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət nəticəsində ölkəmiz yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmışdır.

Uğurlarımızın zirvəsində dayanan Zəfər

Ümumiyyətlə ötən 20 ilə hansı prizmadan, hansı baxış bucağından nəzər salsaq görərik ki, Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi ən möhtəşəm uğurlarla və hər bir sahədə əldə olunan inkişaf göstəriciləri ilə əlamətdardır. Bütün bu uğurlarımızın zirvəsində dayanan ən böyük hadisə isə əlbəttə ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsidir.
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

Bu ilin sentyabr ayında tarixi torpaqlarımız olan Qarabağda milli suverenliyimizin təmin edilməsi və erməni separatizminə son qoyulması ilə möhtərəm cənab Prezident İlham Əliyev müasir müstəqillik və bütövlükdə, dövlətçilik tariximizin növbəti şərəf salnaməsinin müəllifinə çevrildi.
Vətən müharibənin başa çatmasından sonra dövlətimizin əsas milli prioriteti azad edilmiş ərazilərin bərpası, erməni vəhşiliyinin qurbanı olmuş şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşüdür. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq tədbirlərinə başlamış, heç bir dövlətdən, xarici institutdan maliyyə resursları cəlb etmədən, yalnız öz imkanları hesabına görülən işlərlə bütün dünyada post-müharibə dövrünün nadir quruculuq nümunəsini ortaya qoymuş, azad yurdlarımıza “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır.

Azad olunmuş ərazilərdə möhtəşəm yol infrastrukturu yaradılır

Əlbəttə, Vətən müharibəsində Qələbə Azərbaycanda yol-nəqliyyat infrastrukturu ilə bağlı prioritetlərə yeni ştrixlər əlavə edib və təsadüfi deyil ki, azad edilmiş torpaqlarımızda ilk bərpa və quruculuq layihələrinin icrası da məhz avtomobil yollarından başlayıb. Böyük fəxarətlə deməliyəm ki, cənab Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində təmin etdiyi tarixi Zəfər respublikamızın yol təsərrüfatı işçilərinin Qarabağ və Şərqi Zəngəzurda yol salmaq kimi müqəddəs arzusunu reallaşdırıb.
Zəfər yolları adlandırdığmız bu yolların çəkilişi isə Vətən müharibəsində hərbi əməliyyatların davam etdiyi günlərdə ilk azad edilmiş yaşayış məntəqələrindən olan Suqovuşan qəsəbəsinə gedən yolların yenidənqurulması ilə başlanılmışdı. Prezident İlham Əliyevin göstəriş ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2020-ci ilin oktyabr ayında yenidənqurulmasına başlanılan və uzunluğu 28,5 km təşkil edən Tərtər ‒ Çaylı ‒ Suqovuşan ‒ Talış avtomobil yolu cəmi bir il sonra - 2021-ci il oktyabr ayının 3-də istismara verilmişdir.
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək həyata keçirilmiş ən möhtəşəm yol və ən byöük infrastruktur layihələrindən biri isə əlbəttə ki, “Zəfər yolu”dur. 2020-ci il noyabr ayının 16-da cənab Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və uzunluğu 101,5 km olan «Zəfər yolu» cəmi bir il sonra - 2021-ci il noyabrın 7-də istifadəyə verilmişdir. Şəhidlərimizin Şuşaya doğru açdıqları cığırlar və olduqca mürəkkəb təbii relyef üzərində salınan salınan bu yol yol çəkilişinin çətinlikləri baxımından müstəqillik illərində Azərbaycanda həyata keçirilən avtomobil yolu quruculuğunun ən böyük hadisəsidir.
2022-ci il oktaybr ayında Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin, 2023-cü ilin may ayında isə 8,2 kilometrlik hissəsinin açılışı olmuşdur. Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunan bu yol 39,7 kilometrlik bu yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.
2022-ci ildə həmçinin Laçın şəhərinə daxil olmadan 22 km-lik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılmışdır. 2023-cü ilin may ayında işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirilmişdir.
Azərbaycanda ilk şosse yolu 1850-ci ildə inşa edilmişdir. Tarixin maraqlı təsadüfüdür ki, bu yol o vaxt Abdalyar adlanan yaşayış məntəqəsində, indiki Laçın şəhəri yaxınlığında istifadəyə verilib. 173 il öncə Laçında təməli atılan şosse yolun bu gün dünyada ən üstün sayılan səviyyədəki nümunəsini isə cənab İlham Əliyev yenidən indi Laçın şəhərində yaradır.
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

Dövlət başçımızın «Nəyin bahasına olursa olsun, açılacaq!» - dediyi Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb. Bu prosesdə əməkdaşlarımız gecəli-gündüzlü sanki bir əsgər kimi çalışırlar. Başqa cür ola da bilməz. Çünki bu layihə yalnız bir yol infrastrukturu layihəsi deyil. Bu, həm də Ulu Öndər Heydər Əliyevin tarixi vəsiyyətinin və Prezident İlham Əliyevin şanlı missiyasının məsuliyyətli icrasıdır.
Möhtərəm cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın təməlllərini atdıqları və açılışları etdiyi bu yolları haqlı olaraq Zəfər yolları adlandırırıq. Çünki bu yolların hər biri Azərbaycanın qələbə simvolları, qürur mənbələrimizdir. Üzərindən avtomobillə böyük iftixarla şütüdüyümüz, yaxud tikintisini sevinclə izlədiyimiz bu yolların hər bir qarışında müqəddəs şəhidlərimizin al qanı və Müzəffər Komandanımızın qeyri-adi hərbi strateqliyinin izləri var. Bu yollar bizim üçün yalnız rahat hərəkət imkanı deyil. Bu yollar bizim üçün daha çox məhz milli rəmzlərdir. Onların hər biri Zəfərimizin, şəhidlərimizin, Qüdrətli Sərkərdəmizin qətiyyətinin rəmzidir.
2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 7 yol layihəsinin başa çatdırılmasını hədəfləyirik. O cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur.
Zəfər yollarının qüdrətli qurucusu olan Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol-nəqliyyat infrastrukturunu yaradır. Xüsusilə qeyd etmək istərdim ki, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yollar barədə bəhs etmək bizim üçün neçə qürurvericidirsə, Prezident İlham Əliyevin bu yol komplekslərinə necə həssaslıqla yanaşdığını söyləmək daha fərəhlidir. Dövlətimizin başçısı hər bir yol layihəsi barədə xüsusi diqqətlə maraqlanır, hər zaman düzgün tapşırıqlar və göstərişlər verir. Prezidentimizin əsas tələbi isə yol infrastrukturunun keyfiyyətli və dayanaqlı olmasıdır.
Raqub Həsənov:  Zəfər yollarının qüdrətli qurucusu

2003-cü ilin oktyabrından ötən 20 illik dövr Prezident İlham Əliyevin möhtəşəm uğur hesabatıdır. Bu uğur hesabatının hər bir səhifəsi, hər bir mərhələsi xalqımızın arzularının real ifadəsidir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin geridə qalan 20 ili həm də Azərbaycan Yollarının ən nəhəng quruculuq dövrü, ən məhsuldar fəaliyyət mərhələsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər