Raqub Həsənov: Layihələrin həyata keçirilməsi uğurla davam edir

Raqub Həsənov: Layihələrin həyata keçirilməsi  uğurla davam edir












Raqub Həsənov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənovdur.

Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov - Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilib, yaxud təmir edilib.
Bu proqramlarda nəzərdə tutulan tədbirlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli işlərin həyata keçirilməsinə imkan verir. Nəticədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və iri həcmli investisiyalar yönəldilib.

Son 14 ildə ölkədə 11 min kilometrdən çox avtomobil yolu tikilib. Təkcə magistral və şəhərlərarası yollar deyil, kəndarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə, ən azı 40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır”.
İndiyədək bu layihələrə aid işlərin xeyli hissəsi görülüb. Bir sıra layihələrin həyata keçirilməsi isə uğurla davam edir.

Yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə edib. Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakıda isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir.

Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayanır. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

Vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yükdaşımasını asanlaşdırmaq, həmçinin insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə təsir edən turizm və kənd təsərrüfatının inkişafı sahəsində Prezident İlham Əliyev tərəfindən ümumilikdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı dəfələrlə sərəncam imzalanıb.Raqub Həsənov: Layihələrin həyata keçirilməsi  uğurla davam edir

Raqub Həsənov: Layihələrin həyata keçirilməsi  uğurla davam edir

Raqub Həsənov: Layihələrin həyata keçirilməsi  uğurla davam edirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər