Bakının mərkəzində ağır qəza: Məmur öldü

Bakının mərkəzində ağır qəza: Məmur öldü










Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Xətai rayonunun Nobel prospektində “Mercedes" markalı 10 OK 280 dövlət qeydiyyat nişanlı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə avtomobili idarə edən 1979-cu il təvəllüdlü Qurbanov Ramin Mərdan oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən 37 yaşlı Ramin Qurbanov Xətai rayonu üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər