Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəriman Əliyevin diqqətindədir

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəriman Əliyevin diqqətindədir

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Ştutqart MMC”nin rəhbəri Nəriman Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Ştutqart MMC”nin rəhbəri Nəriman Əliyevdir.

“Ştutqart MMC”nin rəhbəri Nəriman Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəriman Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nəriman Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Ştutqart MMC”nin rəhbəri Nəriman Əliyeva biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Nəriman Əliyev - “Azərbaycan Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq 2020-ci ilin 27 sentyabrında başlatdığı əks-hücum əməliyyatlarının nəticəsi ilə şanlı bir tarix yazdı. Belə ki, 30 ilə yaxın davam edən, dünyada misli görünməmiş talançılığa və vandalizmə məruz qalan tarixi torpaqlarımız, yurd yerlərimiz işğaldan azad edildi. Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qisasımızı alaraq ədaləti və pozulmuş hüquqlarımızı bərpa etdi. Bu qələbə tarixi zəfər salnaməsi olaraq bütün türk, İslam dünyasını sonsuz qürurlandırdı. Beynəlxalq hüququn aliliyinə inanan və onun qorunması üçün daim səylə çalışan, dünyadakı münaqişələrdə obyektiv mövqeyini sərgiləməkdən qorxmayan dövlətlər üçün də əsl inam qaynağı oldu. Çünki uzun illər boyu dünya ictimaiyyəti beynəlxalq hüququn, dünyanın ən böyük beynəlxalq təsisatı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyinin şahidi idi. Ancaq Azərbaycan dövləti və xalqı öz qətiyyəti və qüdrəti sayəsində, tarixi torpaqlarını erməni işğalından azad etməklə yanaşı, eyni zamanda beynəlxalq hüququn pozulmuş maddələrini yerinə yetirdi. Ermənistanı buna məcbur etdi”.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəriman Əliyevin diqqətindədir

Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. Bu tarixi faktlar ermənilərin nə qədər amansız, vəhşi və məkrli olduqlarının sübutudur. Təəssüflər olsun ki, ermənilərin 30 ilə yaxın davam edən talançılıq siyasətinə dünya susub, Azərbaycan tərəfi bu barədə dünya dövlətlərini, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini dəfələrlə məlumatlandırsa da heç bir nəticə olmayıb. Azərbaycan münaqişənin həllinə, dövlətimizə və xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş bu işğal siyasətinə ikili standartlardan yanaşan dövlətlərin mövcudluğuna baxmayaraq öz qətiyyəti və gücü ilə hüquqlarını bərpa etdi. Artıq biz qalib ölkənin qalib vətəndaşları olaraq Vətən müharibəsindəki zəfərimizlə sonsuz fəxr edirik. Bu qalibiyyəti bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman oğullarımıza minnətdarıq. İndi ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin əziz ruhları şaddır. Çünki həsrətində olduğumuz torpaqlarımız azaddır, öz sahiblərinə geri qayıdıb və bu əbədi belə olacaq.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəriman Əliyevin diqqətindədir

İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi, Laçın rayonu da yenidən qurulur. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. Laçın şəhərinin Baş planı hazırlanıb. Laçında bütün lazımi şərait yaradılır. Laçın tez bir zamanda abad, hər cür infrastruktur layihələrinə malik bir rayon olaraq sakinlərimizin ixtiyarına veriləcək. Ermənilərin azərbaycanlılara məxsus olan tarixi izlərinə silinməsinə hesablanmış məkrli əməlləri nəticə vermədi. Laçındakı yaşayış məntəqələrimizlə yanaşı, bütün tarixi, dini abidələrimiz də tezliklə bərpa ediləcək. Bütün dünya biz azərbaycanlıların əzminin bir daha şahidi olacaq. Ermənisan isə törətdiyi bütün əməllərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nəriman Əliyevin diqqətindədirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər