“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb

“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb


"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Seyran Alcanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Köçərli Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb

Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib. 2 illik fəaliyyətin yekunlarına görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Azərsu" ASC-i, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi “Ən fəal dövlət qurumu" mükafatına layiq görülüb.

Digər 28 qurum isə səmərəli əməkdaşlığa görə təltif olunub. Enezaret Platforması vətəndaşlardan onları narahat edən infrastruktur və abadlıqla əlaqədar müxtəlif problemlərlə bağlı müraciətləri qəbul edir və aidiyyəti dövlət qurumlarına yönəldərək onların həllinə nail olur. 2 illik fəaliyyətin yekunlarına görə problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb. Müvafiq hesabat dövrü ərzində 31 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılmasında və bu müraciətlərdə qeyd olunan problemlərin həllində Platforma ilə əməkdaşlıq edib.

“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb


Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə yeni su anbarının inşası yekunlaşır
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində yeni su anbarları inşa olunur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydalanacaq. Layihəyə əsasən şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək. Bu mənbələrdən götürülən suların toplanaraq optimal paylanması, eləcə də şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Artıq birinci anbarın tikintisi üzrə əsas işlər yekunlaşıb və anbarın giriş-çıxış xətləri quraşdırılıb. Hazırda su anbarında izolyasiya işləri aparılır və yardımçı binaların tikintisi davam etdirilir. Ümumilikdə su anbarının inşasının cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb
“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb

Layihəyə əsasən, Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri yaradılacaq. Eyni zamanda məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də planlaşdırılır. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Kiçik Kirs və Zarıslı mənbələrində, eləcə də magistral kəmərlərdə bərpa işləri aparılaraq 2020-ci ildə hər iki mənbədən şəhərə suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və 2,9 km uzunluğunda yeni təzyiqli kəmər inşa edilib və 2022-ci ilin dekabrında yeni mənbədən şəhərə suyun verilməsi təmin edilib. Gələcəkdə Zarıslıçay su anbarı genişləndirilərək tutumu 7,5 milyon kubmetrə çatdırılacaq.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər